16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ukraynalı general: “Düzgün strategiya Rusiyaya Ukrayna üzərində qələbəni təmin edəcək”
Tarix: 23-01-2022 10:51 | Bölmə: Slayd
Ukraynalı general: “Düzgün strategiya Rusiyaya Ukrayna üzərində qələbəni təmin edəcək”

“Əgər ruslar hərbi-hava qüvvələrindən düzgün istifadə etsələr, Ukrayna üzərində ani qələbə qazana bilərlər”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin generalı, Xalq qəhrəmanı, tanınmış hərbi ekspert Sergey Krivonos deyib.

“Kiyevin ətrafında yerləşən aerodromlara hava desantının operativ enişi Moskvaya ilkin üstünlüyü təmin edəcək, bu isə onları ildırımsürətli qələbəyə aparacaq”, - deyən Krivonosun hesablamalarına görə, ruslar Ukrayna paytaxtının azı 50 kilometrlik radiusundakı hava sahəsinə xüsusi diqqət yetirməlidir: “5-7 meydançanın ələ keçirilməsi kifayət edəcək. Bundan başqa, rus döyüşçüləri rahatlıqla Kiyevin içindəki iki aerodroma da enə bilərlər”.


Sergey Krivonos

Hərbi ekspert Sergey Krivonos əmindir ki, Rusiya Federasiyası bu strategiyaya riayət eləsə, qısa müddətdə Ukrayna dövlətini tam nəzarət altına götürə bilər. Amma general “Kiyevin alınmasının” Moskvaya nədən lazım olduğuna aydınlıq gətirməyi unudub.(Utro.ru)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}