MDB-nin üç ölkəsi işıqsız qalıb
Tarix: 25-01-2022 12:40 | Bölmə: Dünya
MDB-nin üç ölkəsi işıqsız qalıb

Özbəkistan, Qırğızıstan və Qazaxıtanın cənubunda elektrik enerjisinin kütləvi kəsilməsi baş verib.

Bu barədə məlumat yayan yerli elektron medianın dəqiqləşdirməsinə görə, Bişkekdə işıqların söndürülməsi səbəbindən nasos stansiyaları işləmir və şəhərdə içməli su qıtlığı yaranıb. “Sputnik Qırğızıstan”ın xəbərinə görə, elektrik enerjisinin bu cür kütləvi söndürülməsi uzun illər ərzində ilk dəfədir baş verir.

“REN TV”-nin yayımladığı son məlumatlara əsasən, elektrik enerjisinin verilməsində yaranmış fasiləyə görə, Daşkənd metrosu fəaliyyətini dayandırıb. Yerli KİV-lər özlərinin informasiya mənbələrinə istinadla “Özbəkistanın enerji sistemində fəlakətli qəzanın” baş verdiyini yazırlar. Qırğızıstana və Qazaxıstanın cənubuna enerji məhz buradan ötürülür. Zakon.kz portalı bildirir ki, ölkənin Almatı, Taraz, Çimkent şəhərlərinə elektrik enerjisinin nəqlində fasilə yaranıb. Hazırda hökumət elektriklə təchizatı digər xətlərə yönəltməklə məşğuldur və müxtəlif rayonlara işığın verilməsi bərpa olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}