16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyəyə qarşı təhlükəli oyun: “S-300”-ləri Ukraynaya verib “F-35” almaq istəyirlər
Tarix: 16-05-2022 17:09 | Bölmə: Slayd
Türkiyəyə qarşı təhlükəli oyun: “S-300”-ləri Ukraynaya verib “F-35” almaq istəyirlər

Yunanıstanın baş naziri Mitsotakis bu gün ABŞ prezidenti Con Baydenlə görüşəcək. İddia olunur ki, Mitsotakis Ukraynaya “S-300” raketlərinin tədarükü müqabilində ABŞ-dan “F-35” döyüş təyyarələri istəmək fikrindədir.

Reyting.az
xəbər verir ki, son günlər ABŞ-dakı bəzi nümayəndələrin “F-16”-ların Türkiyəyə satışı ilə bağlı müsbət açıqlamaları və Bayden administrasiyasının dəyişən münasibəti qonşu Yunanıstanı narahat edib.

Mitsotakisin sabah ABŞ Konqresində çıxış edəcəyi və bir sıra görüşlər keçirəcəyi də bildirilir. Hökumət sözçüsü Yianni İkonomu deyib ki, baş nazir həm Baydenlə görüşündə, həm də Konqresdəki təmaslarında Türkiyəyə istinad edəcək.

Türkiyənin ABŞ-dan 40 ədəd “F-16” təyyarəsi alması və 80-ə yaxın “F-16”-nın modernləşdirilməsi tələbinin qəbul edilməməsi üçün Miçotakis Senat və Nümayəndələr Palatasının üzvləri ilə müzakirələr aparmaq niyyətindədir.



Digər tərəfdən, Yunanıstan mətbuatının iddialarına görə, ABŞ-ın Ukrayna üçün silah axtardığını bilən Yunanıstan “S-300” raketləri kartından istifadə etməyi planlaşdırıb. Mitsotakisin ABŞ-ın tələbi ilə Yunanıstanın əlində olan “S-300” sistemlərini müdafiə yardımı olaraq Ukraynaya verə və bunun müqabilində “F-35” təyyarəsi tələb edəcəyi bildirilir.

Qeyd edək ki, son günlər ABŞ-Yunanıstan münasibətlərində xüsusi yaxınlaşma müşahidə olunur. ABŞ Yunanıstan-Türkiyə arasındakı adalara hərbçilər və silah-sursat yerləşdirməkdə davam edir. Pentaqonun bu addımları rəsmi Afinanı Türkiyəyə qarşı daha inamlı addımlar atmasını stimullaşdırır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}