Türkiyə NATO üzvlüyündən çıxarıla bilərmi?
Tarix: 18-05-2022 19:02 | Bölmə: Slayd
Türkiyə NATO üzvlüyündən çıxarıla bilərmi?

“Bəzən deyirlər ki, Türkiyə NATO-dan çıxarıla bilər. Bunun heç bir əsası yoxdur. Çünki NATO Nizamnaməsinə görə, yalnız üzv ölkə könüllü olaraq blokdan çıxa bilər. Əks təqdirdə onu NATO-dan çıxarmaq mümkün deyil”.

Bunu Reyting.az-a politoloq Oqtay Qasımov Türkiyənin NATO-dan çıxarılmasının mümkünlüyü haqda deyilənlərdən danışarkən bildirib.

O. Qasımov qeyd edib ki, nəzəri baxımdan Türkiyə və Qərb ölkələri arasında konfrantasiyanın maksimum həddə çatması və Türkiyənin NATO-nu tərk etməsi qeyri-mümkündür.

Onun sözlərinə görə, belə bir nəzəri yanaşma təsəvvür edilmir: “Türkiyənin NATO-dan çıxmaq niyyəti yoxdur və olmayıb. Xüsusilə, indiki həssas və dünyada yeni düzənin qurulması ərəfəsində Ankara belə bir addım atmaz”.

Politoloq xatırladıb ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinə qarşı çıxan Rusiya və Türkiyənin mövqeləri fərqlidir:

“Hansısa bir məqamda iki ölkənin maraqları üst-üstə düşürsə, bu o demək deyil ki, onlar birlikdə hərəkət edirlər. Əksinə, bu sutiativ məsələdir.

Konkret olaraq bu iki Skandinaviya ölkəsinin NATO-ya üzvlük məsələsinə gəldikdə, Türkiyə və Rusiyanın mövqeləri fərqli kontekstdədir. Türkiyənin mövqeyi açıqdır: bu ölkələr mənimlə birlikdə hərbi alyansda olmaq istəyirlərsə, təhlükəsizliyimə təhdid yarada biləcək addımlar atmamalıdır! Necə ola bilər ki, biz eyni təhlükəsizlik sistemindəyik, amma siz mənim təhlükəsizliyimə təhdid yaradan ünsürləri dəstəkləyirsiniz?

Burada Türkiyənin mövqeyi aydın və ədalətlidir.

Rusiyanın məsələyə mövqeyi tamamilə fərqlidir. Rusiya hesab edir ki, NATO ölkələrinin onun sərhədində olması təhlükəsizliyinə təhdid yaradır. Bu səbəbdən də sərhədində NATO ölkəsi arzulamır.

Odur ki, İsveç və Finlandiyaya münasibətdə Türkiyə və Rusiyanın maraqlarının qatışdırılması doğru deyil. Türkiyə öz maraqlarını önə çəkib.

Rusiyanın isə İsveç və Finlandiyaya münasibəti bəllidir. Putinin 24 dekabr və 24 fevral yanaşmalarına baxsaq görərik ki, Rusiyanın tələbləri vardır. Moskva NATO-nun 1997-ci il sərhədlərinə qədər geri çəkilməsini tələb edirdi. Amma nə baş verdi? Rusiyanın Ukraynaya müdaxiləsi ona gətirdi ki, NATO Şərqə doğru daha da genişlənir. Əgər Ukrayna müharibəsindən əvvəl Rusiya sərhədləri yaxınlığında NATO-nun 2500 hərbçisi vardırsa, indi bu rəqəm 40 minə çatıb. Üstəlik, Rusiya əlavə olaraq NATO ilə daha 1300 kilometr sərhəd qazanır. Bu da Rusiyanı məcbur edəcək ki, bu sərhədlərdə böyük hərbi kontingent və silah-sursat yerləşdirsin. Bu, həm də böyük maliyyə deməkdir. Odur ki, Rusiya və Türkiyənin məsələlər baxış fəlsəfəsi fərqlidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}