19:04 / 18-04-2024
Respublika Pediatriya Mərkəzi yaradılıb
18:49 / 18-04-2024
Narkokuryer Hacıqabulda 12 kq narkotiklə saxlanılıb
18:03 / 18-04-2024
Bakıda qətl: Elvin Əsədovun cinayət işi məhkəməyə göndərilib
17:55 / 18-04-2024
ABŞ və Britaniya İrana qarşı sanksiyaları genişlənidirib
17:44 / 18-04-2024
Əfv edilənlərin içində niyə qadınlar az olur? - Açıqlama
17:40 / 18-04-2024
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
17:36 / 18-04-2024
Hacıqabulda qatar qadını vurub
16:31 / 18-04-2024
Makronun sözü ilə əməli uyğun gəlmir
16:29 / 18-04-2024
Səməd Seyidov: "Yeni Kaledoniyanın müstəqilliyini əldə edəcəyinə inanırıq"
16:15 / 18-04-2024
Prezident Nyu-Yorkda keçmiş prezidentlə görüşüb
16:01 / 18-04-2024
Bakıda iki nəfər dəm qazından ölüb
15:52 / 18-04-2024
Daha iki bankın əmlakları hərraca çıxarılıb
15:46 / 18-04-2024
Qubad İbadoğluya yekun ittiham aktı elan edilib
15:29 / 18-04-2024
Zəngilanda silah-sursat aşkarlanıb
15:13 / 18-04-2024
İcra başçısını söyən şəxsə 5 sutka həbs cəzası verilib
14:29 / 18-04-2024
Zaxarova: "Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün hər şeyi edib"
14:20 / 18-04-2024
QHT-lər Nobel Komitəsinə məktub göndərib
14:12 / 18-04-2024
Raketlərə qarşı yeni silah hazırlanır
13:54 / 18-04-2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
13:39 / 18-04-2024
Məhkəmə kokain kralı ilə bağlı qərar verib
13:12 / 18-04-2024
İki kluba texniki məğlubiyyət verilib
12:58 / 18-04-2024
Süni intellektdən qoruna biləcək sahələr sadalanıb
12:48 / 18-04-2024
Müəllimlərin sertifikatlaşdırılması başlayır
12:46 / 18-04-2024
400-ə yaxın müəllim öz ərizəsi ilə işdən azad edilib
12:24 / 18-04-2024
İsrail İrana zərbəni niyə ləngidir?
12:19 / 18-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:10 / 18-04-2024
Energetika naziri ABŞ-a gedib
11:56 / 18-04-2024
Ukrayna ilə bağlı vacib qərar... - Avropa liderləri təcili tədbir görəcək
21:57 / 13-04-2024
Nəhəng rəqəmsal kamera kainatı araşdıracaq - Fotolar
22:08 / 13-04-2024
Nadir heyvan növü insan ovcuna yerləşir
00:07 / 14-04-2024
İran İsrailə PUA-larla hücum edib
00:02 / 15-04-2024
Ceyhun Bayramov Özbəkistana gedib - Yenilənib
18:06 / 14-04-2024
İordaniya Kralı COP29-a dəvət olunub
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
21:49 / 13-04-2024
Məşhur müğənni ağır xəstəlikdən əziyyət çəkir - Foto
23:11 / 14-04-2024
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14:18 / 14-04-2024
Azərbaycan və İordaniya müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıb
18:51 / 15-04-2024
“Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirilib - Fotolar
09:07 / 14-04-2024
Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
22:33 / 14-04-2024
İsrail prezidenti: "Bu, əsil müharibə elanıdır"
Putin Hitlerin, yoxsa Napolyonun yolunu gedir? - Türk generalın şərhi
Tarix: 20-05-2022 16:54 | Bölmə: Siyasət
Rusiyanın Ukraynaya hücumunun üçüncü ayı tamam olmaq üzrədir. Bildirilir ki, döyüş meydanındakı vəziyyətdən narazı olan Rusiya prezidenti Putin son günlər hərbi taktikaya daha çox müdaxilə etməyə başlayıb. Ekspertlər isə bunu çox təhlükəli hesab edirlər.
Xatırladaq ki, 1945-ci ilin may ayında Sovet qoşunlarının topları Berlin küçələrinin divarları arasında əks-səda verəndə Hitler generalları topladığı masasında göstərişlər verib. O, artıq düşmənə təslim olmuş Ştaynerin qoşunlarının tezliklə dairəni yaracağına və bununla da müharibədə qalib gələcəyinə inanırdı. Mövcud olmayan ordusuna təlimatlar verən Hitlerin bu qəzəbi qarşısında onun iştirakçıları sadəcə “Yaxşı cənab!” deməklə kifayətlənirdi.
Görəsən, Faşist Almaniyasının məğlubiyyətindən bəhs edən “Çöküş” filmindəki analoji səhnə Moskvada da təkrarlanırmı? Vəziyyət o qədər də acınacaqlı olmasa da, Qərb ekspertlərinin fikrincə, Rusiya lideri Putin artıq özünü “general” elan edib.
Bir çox ekspertlərin fikrincə, hazırki vəziyyətin müxtəlif səbəbləri olsa da, gündəmə gələn ilk fikir Putinin özünü “komandir” kimi görməsidir.
Reyting.az xəbər verir ki, hərbi mənbələr “The Telegraph”-a bildiriblər ki, müharibənin uzanması və dalana dirənməsinin səbəbi Putinin general kimi hərbi taktika müəyyənləşdirməyə başladığını göstərir.
“Çox az sayda lider eyni anda həm ölkəni idarə edə, həm də hərbi əməliyyatı həyata keçirə bilər”, - deyə adının açıqlanmasını istəməyən hərbi mənbə bildirib. Əlavə edib ki, bir siyasətçinin müharibənin aparılmasını uniformalılara həvalə etməsi komanda zənciri boyunca dərin etimada söykənir: “Bu müharibə başlayandan bəri həm Putinin, həm də onun yüksək rütbəli zabitlərinin hərəkətləri Rusiya ordusunun orqanına açıq-aşkar inamsızlıq nümayiş etdirdi. Əvəzində öz dühasına inanan və tabeliyində olan hərbi komandirlərə hörmət etmək istəməyən Putin bilavasitə müharibədə iştirak etməyə üstünlük verdi. Bu, onun ölkəsinə ziyan vurur”.
Ekspert əlavə edib ki, Napolyon da Putin kimi hərbi dühasını göstərmək üçün hər şeyi edən bir idarəçi olub və özünü insanlara belə göstərib: “Onun ən böyük xüsusiyyəti müharibənin yaxınlığında tez-tez qərargahlar qurması idi. O, sədaqətə üstünlük verir və nəticədə ləyaqətsiz zabitlərə böyük vəzifələr tapşırırdı”.
İstefada olan türk general-leytenant İsmayıl Hakkı Pekin də Qərb mediasında Putinlə bağlı təhlilləri dəyərləndirib və təəccüblü nəticələr çıxarıb.
“Putinin komandir kimi cəbhəyə əmrlər verməyə başlaması müharibəyə necə təsir edir?” sualına cavabında Pekin deyib ki, siyasətçinin də, əsgərin də nə edəcəyi bəllidir: “Əsgər cəbhədəki faktlara uyğun hərəkət etməlidir. Siyasətçilər və ya liderlər isə müharibənin gətirdiyi strateji vəziyyətlərlə bağlı böyük məsələlərlə məşğul olmalıdırlar. Ancaq hərbi fəaliyyət əsgərlər tərəfindən həyata keçirilsə də, müharibə bilavasitə bütün ölkəni əhatə etdiyi üçün əsgərlərin öhdəsinə buraxılmayacaq qədər vacib bir məsələdir...”.
“Vashington Post” isə uğursuzluğun əsas amili kimi Putini göstərir. Ümumilikdə Rusiyanın niyə uğursuzluğa düçar olmasının sual altına alındığı təhlildə qeyd olunur ki, Rusiyanın mərkəzləşdirilmiş ordusu yerdəki əsgərlərə qərar və ya əmr vermək səlahiyyətini tanımır. Burada da Putin mühüm rol oynayır və qoşunlar cəbhədə çətinliklərlə üzləşir.
Uğursuzluğun səbəbləri aşağıdakı kimi sadalanır:
Ukraynalıları lazımınca qiymətləndirməmək, Rusiya qoşunlarının kifayət qədər hazırlığı, təchizat və ya lazımi təchizat olmadan işğala cəhd, maddi-texniki çatışmazlıqdan xəbərsiz olmaq, Ukraynanın hava hücumundan müdafiə sistemlərini dayandıra bilməmək və bir neçə cəbhədə hücum.
Liderlərin tez-tez cəbhədəki əsgərlər tərəfindən qəbul edilən qərarlara qarışdığını xatırladan Pekinə görə, Putinin belə hərəkət etdiyini söyləmək düzgün olmaz, amma struktur baxımından da cəbhəyə müdaxilə edəcək xarakter daşıyır: “Məsələn, Hitler kimi birbaşa təsir edirmi? Bu, mənə də çox maraqlıdır. Təbii ki, bunu Hitlerlə müqayisə etmək düzgün olmazdı, amma ola bilsin ki, müharibə cəbhələrində onun qəzəbləndiyi şeylər olub. Məsələn, canlı yayımda kəşfiyyat rəhbərinə əsəbiləşib. O, heyətini başına yığarkən Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəisi Sergey Narışkinin cavabından narazı qalıb. Hesab edirəm ki, Putinin həmin an çıxışı çox sərt oldu”.
Qeyd olunur ki, Rusiya ordusu bir aydır hücuma keçdiyi Donbasda indiyədək irəliləyişə nail ola bilməyib və bu hücumlar yalnız bir neçə dəfə kiçik Ukrayna qüvvələrini mühasirəyə almaqla məhdudlaşıb. Ekspertlərin fikrincə, bu, Putinin birbaşa göstərişi ilə bağlıdır.
Türk general bildirib ki, Putin son qərarı ilə Ukrayna müharibəsinə rəhbərlik edəcək generalı dəyişib: “Belə şeylər baş verəndə Putinin “Niyə etmədin”, “Niyə götürmədin”, “Niyə irəli getmədin”,- deyərək müharibəyə qarışdığını düşünə bilərik. Lakin onun müharibə ilə bağlı təyin etdiyi komandirlərin işinə nə qədər müdaxilə etdiyinə birbaşa cavab vermək çətindir. Çox qarışıq olarsa, bu, böyük problemlər yarada bilər. Məsələn, komandir hazır olmadığı halda hücuma başlayır. O, hərəkətə keçir və sonra gücü çatmadığı halda qarşı tərəf “Bunu et!” dediyi üçün uğursuzluğa düçar olur. Ancaq bütün bunlardan başqa, Putinin cavab verməli olduğu şeylər var. Məsələn, hərbi cinayətlər törədilir. Fosforlu sursat kimi digər döyüş sursatlarından istifadə edilməməlidir.
Unudulmamalıdır ki, hərbi xidmət mülki həyatdan çox fərqli peşədir. Xüsusi sərt qaydalar istisna olmaqla, çox ciddi bir iyerarxiyaya malikdir. Əsgərə əmr zəncirində “Bunu et!”,- deyildikdə, əsgər “biz belə etsək, belə olacaq”,- kimi cavab verə bilmir, “əmr verəcəksən”,- deyir və aldığı əmri yerinə yetirir.
Qayda çox sərtdir. Təsəvvür et ki, əsgəri ölümə göndərirsən, “Get!”,- deyəndə, “Getməyəcəyəm”,- deyə bilməz. İnsanları belə tərbiyə edirlər. Ona görə də yanlış qərarlar və rəhbərlərin birbaşa iştirakı əməliyyatın ahəngdarlığını pozur. Nəticədə etibarsızlıq yaranmağa başlayır, sonra uğursuzluq gəlir. Uğursuzluq gələndə isə ordunun ruhu düşür. Beləliklə, müharibə üçün bütün motivasiya itirilir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:15
Prezident Nyu-Yorkda keçmiş prezidentlə görüşüb
Bu gün, 15:46
Qubad İbadoğluya yekun ittiham aktı elan edilib
Bu gün, 14:29
Zaxarova: "Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün hər şeyi edib"
Bu gün, 08:57
Donald Tramp sülh vasitəçisi ola bilər
Dünən, 22:49
CHP sədri AŞPA-da Azərbaycana dəstəyini ifadə edib
Dünən, 16:40
Milli Şuranın mitinqinə icazə verilməyib
Dünən, 16:14
Daha bir prezident COP29-a dəvət olunub
Dünən, 09:27
Orban Avropa İttifaqı rəhbərliyini istefaya çağırıb
16-04-2024, 23:14
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
16-04-2024, 17:05
Kreml Makronun ideyasını rədd edib
16-04-2024, 12:37
Etibar Məmmədovun oğluna yeni vəzifə verilib? - Açıqlama
15-04-2024, 20:41
Ceyhun Bayramov Özbəkistan prezidenti ilə görüşüb
15-04-2024, 14:00
Tofiq Yaqublunun daha bir şikayəti təmin olunmayıb
15-04-2024, 11:18
Blinken dörd ölkənin naziri ilə İranın İsrailə zərbəsini müzakirə edib
15-04-2024, 10:28
Ədalət Məhkəməsində Ermənistana qarşı dinləmələr keçiriləcək
15-04-2024, 08:54
Moskva Tel-Əvivi Tehran kimi davranmağa çağırıb
15-04-2024, 00:02
Ceyhun Bayramov Özbəkistana gedib - Yenilənib
12-04-2024, 19:12
Fransa donanması yüksək intensivlikli müharibəyə hazırlaşır
10-04-2024, 18:01
Paşinyan: “Ermənistan-Türkiyə sərhədinin açılması region üçün əlamətdar hadisə olacaq”
9-04-2024, 14:40
Ceyhun Bayramov Sadır Japarov ilə müzakirə aparıb
9-04-2024, 14:14
Ermənilər Kəlbəcəri atəşə tutub
9-04-2024, 10:58
London Ukraynanın qələbəsini mümkünsüz sayır
8-04-2024, 18:13
Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb
8-04-2024, 14:42
AMİP: "Etibar Məmmədov heç vaxt sədr kimi geri dönməyəcək"
8-04-2024, 13:30
Köçəryan: “Ermənistan daxilində də sülh prosesinə mane olanlar var”
8-04-2024, 09:10
Ağ ev “Makron planı”na yox deyib
6-04-2024, 15:54
Ermənistan məsuliyyətdən yayınmağa çalışır
6-04-2024, 11:51
Tofiq Yaqublunun həbs müddəti uzadılıb
6-04-2024, 09:25
İsrailə qarşı sanksiyalar gündəmə gətirilir
6-04-2024, 00:19
Qaqauziya Moldovadan ayrılmaq tələbini irəli sürəcək
5-04-2024, 19:27
Nazirlikdə 143 milyonluq fırıldaq... - Məhkəmə prosesi davam edir
5-04-2024, 16:59
Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb
5-04-2024, 14:04
Türkiyə Adi Silahlı Qüvvələr Sazişindən çıxıb