16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğan-Putin görüşü… - Rusiya Türkiyənin BRİKS-ə qoşulmasını istəyir
Tarix: 04-08-2022 12:11 | Bölmə: Slayd
Ərdoğan-Putin görüşü… - Rusiya Türkiyənin BRİKS-ə qoşulmasını istəyir

Sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Görüş zamanı Suriyanın şimalında Türkiyənin mümkün hərbi əməliyyatı, taxıl dəhlizi, Ukrayna müharibəsi və s. məsələlərin müzakirə olunacağı bildirilir.

Reyting.az
xəbər verir ki, Rusiyanın Soçi görüşündə iki dövlət başçısı əsasən 5 məsələni müzakirə edəcək.

Görüşdə ən mühüm məsələlərdən biri Suriyanın şimalındakı terror təşkilatına qarşı Türkiyənin planlaşdırdığı hərbi əməliyyat olacaq.

Məlumata görə, Ərdoğan 2019-cu ilin oktyabrında Rusiya ilə imzalanan 10 bəndlik Suriya müqaviləsini də gündəmə gətirəcək. O, rusiyalı həmkarından müqavilədəki öhdəlikləri yerinə yetirməsini istəyəcək, terror təşkilatı PKK/YPG-nin Suriyada Türkiyə və Suriya vətəndaşlarına qarşı hücumlarına diqqət yönəldəcək.

Görüş zamanı Rusiya ilə Ukrayna arasında sülhün tezliklə bərpasının zəruriliyinin gündəmə gətiriləcəyi də bildirilir.

Soçi görüşündə Türkiyənin koordinasiyası ilə həyata keçirilən taxıl dəhlizi sazişi də müzakirə olunacaq. Taxıl yüklü gəmilərin dünya bazarlarına problemsiz çıxmasını təmin etmək üçün qurulan mexanizm çərçivəsində qarşıdakı dövrdə atılacaq addımlar, qida təhlükəsizliyi də müzakirə olunacaq mövzular arasındadır.

Görüşdə Türkiyə ilə Rusiya arasında ikitərəfli əməkdaşlıq mövzularının müzakirəsi də gözlənilir. Enerji və müdafiə sahəsindəki layihələr, xüsusilə Akkuyu Atom Elektrik Stansiyasındakı son inkişaflar müzakirə predmeti olacaq.

Türkiyə ilə Rusiya arasında ticarət həcminin artırılması istiqamətində görüləcək işlərin müzakirəsi də gözlənilir.

Görünən odur ki, iki lider təkcə Suriya məsələsini deyil, həm də Qara dəniz, Qafqaz, Liviya, Qırmızı dəniz və Orta Asiya ölkələri ilə bağlı məsələləri müzakirə edəcək. Hətta Çin-Tayvan böhranı da unudulmayacaq.

Rusiya mətbuatı görüşdən əvvəl Putinin Ərdoğana xüsusi bir təklif etdiyini də yazıb. Görüş zamanı Putinin “türk lirəsinin yenidən dəyər qazanmasına kömək etmək üçün” Ərdoğanı BRİKS-ə üzvlüyə dəvət edəcəyi bildirilir. BRİKS - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın iqtisadiyyatlarına istinad etmək üçün istifadə olunur.

Putinin Ərdoğanı BRİKS-ə dəvət edəcəyini bildirən Rusiya qəzeti, bunun türk lirəsinə olan güclü təzyiqi azaldacağını, enerji alışı üçün xarici valyutanın davam edən tükənməsini dayandıracağını, Türkiyəni Rusiya qazının cənub və mərkəzi Avropaya nəqlində əsas mərkəzə çevirəcəyini bildirib. Ərdoğanın türk lirəsinə təzyiqi azaltmaqla seçkilərə daha güclü gedəcəyi vurğulanıb. Ancaq Ərdoğanın bu təklifi qəbul edib-etməyəcəyi bəlli deyil.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}