16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Böyük təhlükə Avropanı təhdid edir - Fotolar
Tarix: 04-08-2022 16:48 | Bölmə: Slayd
Böyük təhlükə Avropanı təhdid edir

Rusiya tərəfindən işğal olunmuş Ukraynaya məxusus Atom Elektrik Stansiyasında (AES) təhlükəli vəziyyət yaranıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Avropanın ən böyük nüvə obyektindəki son vəziyyəti “tamamilə nəzarətdən çıxmış” kimi qiymətləndirib. Ukrayna prezidenti Volodimir Zelenski isə dünyanı böyük təhlükədən xəbərdar edib.

Reyting.az
xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Qrossinin Zaporojya Atom Elektrik Stansiyasındakı vəziyyətlə bağlı xəbərdarlığı dünyanın diqqətini bu problemə yönəldib.

Martın əvvəlində Rusiya qoşunları tərəfindən ələ keçirilən nüvə obyektində vəziyyətin hər keçən gün daha təhlükəli həddə çatdığı və nüvə qəzasının başvermə ehtimalının olduğu bildirilir.



Ukrayna prezidenti Zelenski obyektdə baş verənlərlə bağlı xəbərdarlığında deyib ki, hər hansı raket Zaporojya AES-ə düşərsə, bu, Avropanın sonu ola bilər.

Rusiyanın obyektdə çoxlu silaha malik olduğunu deyən ekspertlər isə qəzanın Çernobıldakı effekti yarada biləcəyini vurğulayırlar.

Ötən həftələrdə rusların işğalı altında olan obyektdə əsgərlərin müəmmalı şəkildə ölmələri də böyük qorxu yaradıb.

Xatırladaq ki, 1984-1995-ci illərdə tikilmiş Zaporojya AES Avropada ən böyük, dünyada isə doqquzuncu stansiyadır.

Hər biri 950 MVt və ümumi gücü 5700 MVt olan altı reaktoru olan stansiya Ukrayna enerjisinin dörddə birini istehsal edir. AES Ukraynanın cənub-şərqindəki Enerhodarda - Dnepr çayı üzərindəki Kaxovka su anbarının sahilindədir.



AES Donbass bölgəsindən təxminən 200 kilometr aralıda və Kiyevdən 550 kilometr cənub-şərqdə yerləşir.

Qeyd edək ki, 1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyevdən 130 kilometr şimalda yerləşən Çernobıl şəhəri bəşər tarixinin ən dəhşətli ekoloji fəlakətlərindən birinin şahidi olub. Çernobıl Atom Elektrik Stansiyasının dördüncü reaktorunda baş verən partlayış 1945-ci ildə Xirosimaya atılan atom bombasından 50 dəfə çox radiasiya buraxıb. Partlayışdan sonra radioaktiv maddə ilə dolu buludlar Türkiyə də daxil olmaqla, bir çox ölkəyə təsir edib və bəzi müstəqil araşdırmalara görə, Çernobıl nüvə fəlakəti birbaşa və ya dolayısı ilə təxminən 200.000 insanın ölümünə səbəb olub. Avropa hazırda belə bir fəlakətin təkrarlana biləcəyindən narahatdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}