17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rusiyanın raket proqramı... - Daha bir məşhur alim həbs edilib
Tarix: 06-08-2022 18:46 | Bölmə: Slayd
Rusiyanın raket proqramı... - Daha bir məşhur alim həbs edilib

Son zamanlar hipersəs raketləri sahəsində ABŞ və Çinlə böyük rəqabətdə olan Rusiyada diqqəti cəlb edən inkişaf müşahidə olunur. Prezident Putin Rusiya müdafiə sənayesinin sevimlisi olan hipersəs raketlərini "bənzəri olmayan" silah kimi qiymətləndirir.

Reyting.az
xatırladır ki, prezident Vladimir Putinin tez-tez təriflədiyi hipersəs raket proqramının ən önəmli adlarından olan alim Andrey Şipilyukun vətənə xəyanət ittihamı ilə saxlanılması ölkədə böyük müzakirələrə səbəb olub.

Rusiya dövlət mediasının məlumatına görə, Rusiyanın hipersəs raket sistemlərinin inkişafı ilə bağlı araşdırmaları koordinasiya edən məşhur fizik Şipilyuk dünən vətənə xəyanət ittihamı səbəbindən saxlanılıb.


Andrey Şipilyuk

Rusiya Elmlər Akademiyasının Nəzəri və Tətbiqi Mexanika İnstitutunun direktoru Dr. Şipilyuk bu yay vətənə xəyanət ittihamı ilə həbs edilən üçüncü rusiyalı alimdir.

Raket proqramının baş tədqiqatçısı Anatoli Moslov bundan əvvəl hipersəs raketləri haqqında məxfi məlumatları başqa ölkələrə ötürməkdə ittiham edilərək iyunun 27-də həbs edilib.

Tədqiqatçı Dimitri Kolker də Çin kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq həbs edilib və həbsxanada xərçəng xəstəliyindən dünyasını dəyişib.

Rusiya son vaxtlar hipersəs raketləri sahəsində ABŞ və Çinlə böyük rəqabət aparır. Son aylarda bu sahədə böyük irəliləyişlər əldə edən Rusiya Ukrayna müharibəsində hipersəs raketi “Kindjal”dan (Xəncər) istifadə edib.



V. Putin keçən həftə Hərbi Dəniz Günü mərasimində hipersəsli “Zirkon” raketlərinin bir neçə aydan sonra istifadəyə veriləcəyini açıqlamışdı. Rusiya liderinin “dünyada unikal olduğunu” söylədiyi hipersəs raketləri səsdən doqquz dəfə sürətlə hərəkət edə və hədəfi aşkar etmədən vura bilir.

Amma Rusiyada alimlərin həbsi və ya “aradan götürülməsi” əslində bu ölkədə hipersəsli raketləri haqqında Qərb kəşfiyyatının əlində kifayət qədər məlumatların olduğunu göstərir. Məhz bu səbəbdən də Rusiyada müvafiq orqanlar hipersəsli raketlərin inkişafında əməyi olan alimləri güdür və onlarda şübhəli hal müəyyən edən kimi hərəkətə keçir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}