16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Putin və Ərdoğan arasında yeni razılaşma: Zəngəzur dəhlizi açılır
Tarix: 08-08-2022 15:38 | Bölmə: Slayd
Putin və Ərdoğan arasında yeni razılaşma: Zəngəzur dəhlizi açılır

“Ermənistanın Baş naziri Nikol Paşinyanın da imzaladığı üçtərəfli Bəyannamədə yazılır ki, Zəngəzur dəhlizinə Rusiya sərhəd qoşunları nəzarət edəcək. Bu məsələ üzrə ruslar sınaq işlərinə və yoxlamalara başlayır”.

Bu sözləri Reyting.az-a professor Cümşüd Nuriyev bu gün səhər saatlarında rus hərbçilərinin Mehri-Aqaraq yolunu nəzarətə götürməsinin səbəblərindən danışarkən deyib.

C. Nuriyev bildirib ki, bu işdən Ermənistan və ermənilər narahat olmamalıdır:

“Onsuz da Ermənistanın İran və Türkiyə ilə sərhədlərini rus əsgərləri qoruyur. İndi rus sərhədçilər də Mehri rayonunun Naxçıvana çataçaq hissəsinə gətirilir. Mənim fikrimcə, Soçidə baş tutan Ərdoğan-Putin görüşü zamanı Zəngəzur dəhlizinin açılmasına razılıq verilib. Bu, Rusiyanın qərarıdır. Əks təqdirdə, Ermənistandan və ermənilərdən xəbərsiz Mehri-Aqaraq yolunda rus sülhməramlıları və ya hərbçiləri görünməzdi”.

Professorun fikrincə, rus hərbçilərin bu addımı göstərir ki, Soçi görüşündə prezidentlər - Ərdoğan və Putin Zəngəzur dəhlizinin açılmasını qətiləşdiriblər: “Bu haqda Ermənistana kim xəbər etməlidir? Ermənistan rəsmi olaraq öz infrastrukturunu satıb. Dəmir və avtomobil yollarına nəzarət Rusiyanın əlindədir. Ona görə də, erməni əhalisinin hay-küy salmasına əsas yoxdur. Ermənistanın dəmir yolları və avtomobil yolları prezident Sarkisyanın zamanında Rusiyaya satılıb, burada Nikol Paşinyanın təqsiri yoxdur. Ermənistanın Rusiyaya borcu var idi, əvəzində dəmir yollarının səhmlərini ruslara satdılar. Dərinə getsək görərik ki, əslində Ermənistan dövləti yoxdur, onun bütün strukturları Argentina, Yunanıstan, İran və Rusiyaya məxsusdur”.


Cümşüd Nuriyev

C. Nuriyev əlavə edib ki, artıq Zəngəzur dəhlizinin açılması üçün düymə basılıb:

“Putin dəhlizin açılması üçün sanksiyanı verib, Ərdoğanla razılaşıb. Unutmayaq ki, Ərdoğan ilə Putin arasında Suriyaya dair razılaşma olub. Əlbəttə, bütün bunlar konfedensial məsələlərdir. Soçi görüşündən sonra biz gördük ki, Ərdoğan müsahibələrində çox rahat, inamlı və qətiyyətli idi. Görünən odur ki, Rusiya Zəngəzur dəhlizinin açılması üçün düyməni basmaqla yanaşı, həm də Ermənistanı məcbur edib ki, bu addımı atsın. Unutmayaq ki, Azərbaycan da Laçın dəhlizini götürmək məsələsini gündəmə gətirib. Hər halda Azərbaycan prezidenti həddən artıq məlumatlıdır ki, ordumuz belə qəti addımlar atır”.

C. Nuriyev ehtimal edir ki, Mehri-Aqaraqdan sonra yolun Zəngilan istiqamətinə olan hissəsini də rus hərbçilər nəzarətə götürəcək.

“Rusiya hazırda sıxılmış durumdadır. Qarşıdan qış gəlir. Rusiyanın Avropaya çıxışı yoxdur, İranla dəniz üzərində əlaqə olsa da, effektiv deyil, çünki İranın güclü infrastrukturu mövud deyil. Rusiyanın yeganə ümidi Azərbaycan üzərindəndir. Ona görə də, Rusiya çalışır ki, Zəngəzur dəhlizinin açılmasını tezləşdirsin”,- deyə professor fikrini yekunlaşdırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}