Ərdoğan Türkiyəni Rusiyaya niyə yaxınlaşdırır?
Tarix: 11-08-2022 14:47 | Bölmə: Slayd
Ərdoğan Türkiyəni Rusiyaya niyə yaxınlaşdırır?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn il keçiriləcək seçkilər ərəfəsində beynəlxalq aləmdə bir sıra diplomatik qələbələrə diqqət yetirir.

Reyting.az
xəbər verir ki, bu barədə “Euractiv” yazıb.

Nəşrin müşahidəçilərinin fikrincə, Türkiyə lideri diqqətini xarici siyasətdə əldə etdiyi nailiyyətlərə yönəltməklə seçiciləri ciddi iqtisadi problemlərdən yayındırmağa çalışır.

Qeyd edildiyi kimi, Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Soçidə avqustun əvvəlində baş tutan danışıqlara, eləcə də Ukraynanın taxıl ixracının uğurla bərpasına diqqət yetirir.

Türkiyə lideri Rusiyadan qayıdarkən bəyan edib ki, Türkiyə ən güclü siyasi, hərbi və diplomatik dövrünü yaşayır.

Eyni zamanda, Ərdoğanın dünya səhnəsində irəliləyişləri Türkiyə daxilindəki tutqun iqtisadi vəziyyətlə, o cümlədən inflyasiyanın 79 faizə yüksəlməsi və lirənin rekord dərəcədə ucuzlaşması fonunda kəskin şəkildə ziddiyyət təşkil edir. Nəşrin yazdığına görə, bu problemlərdən dövlət başçısının əleyhdarları fəal şəkildə istifadə edir və ümumilikdə qarşıdan gələn seçkilər faktiki olaraq 20 ilə yaxındır ölkəni idarə edən prezident üçün ən böyük sınaq olmaq riski daşıyır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}