07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Professor: “Sabiq prezidentlərin Eçmədzindəki görüşünə ehtiyatla yanaşılmalıdır”
Tarix: 23-09-2022 13:55 | Bölmə: Slayd
Professor: “Sabiq prezidentlərin Eçmədzindəki görüşünə ehtiyatla yanaşılmalıdır”
Qabil Hüseynli

Dünən erməni katolikosu II Qaragenin dəvəti ilə Eçmədzin kilsəsində Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan və Qarabağdakı qondarma rejimin keçmiş başçıları Bako Saakyan və Arkadi Qukasyanın görüşü keçirilib.

Professor Qabil Hüseynli məsələni Reyting.az-a şərh edərkən deyib ki, hələlik bu görüşü birmənalı qiymətləndirmək çətindir: “Dəqiq bilinmir ki, bu görüş Paşinyanın sülhyaratma təşəbbüsünə kömək edəcək, yoxsa revanşist qüvvələrin güclənməsinə və stabilliyin pozulmasına təkan verəcək.

Levon Ter-Petrosyan bu görüşün təşəbbüskarı kimi elan etmişdi ki, onlar baş nazir Nikol Paşinyanın sülh çağırışlarına kömək məqsədilə müzakirə aparacaqlar. Ancaq bu görüşə qondarma respublikanın sabiq “prezidentləri” Bako Saakyan və Arkadi Qukasyanın dəvət edilməsi məsələnin kontularını bir qədər dərinləşdirir”.

Q. Hüseynli diqqətə çatdırıb ki, erməni tərəfi hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir, bu məsələ ətrafında lüzumsuz müzakirə və mübahisələr yaratmağa çalışır, sülh sazişinin imzalanmasına mane olur: “Əvəzində Qarabağın dağlıq hissəsində olan separatçıların statusu məsələsini qabartmaq niyyətləri var. Hazırda Eçmədzin kilsəsində bu məsələlərin müzakirə edilib-edilmədiyindən asılı olmayaraq, sabiq prezident Ter-Petrosyan belə xəttin tərəfdarı deyil”.

Professor əlavə edib ki, digər sabiq prezidentlər – R. Köçəryan, S. Sarksiyan, habelə B. Saakyan və A. Qukasyan bu məsələdə dəyişməz mövqeyə malikdirlər. Fürsət yarandıqda belə bir mövqelərini ifadə etməkdən çəkinmirlər.

Q. Hüseynlinin fikrincə, mümkündür ki, II Qaragenin təşəbbüsü ilə keçirilən görüşün müəyyən nəticələri olsun.

Onun sözlərinə görə, görüşün sülhyaratma prosesinə töhvə verib-verməyəcəyini həmin tədbirdə iştirak edən və ya müzakirənin detalları barə məlumatlı şəxslər deyə bilərlər:

“Hər halda məlum görüş haqqında geniş məlumat yoxdur. Sadəcə, qeyd edilib ki, bu təşəbbüsün davam etdirilməsi haqda razılığa gəlinib”.

Sonda professor bildirib ki, sabiq prezidentlərin Eçmədzin kilsəsindəki görüşünə son dərəcə ehtiyatla yanaşmağın tərəfdarıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}