16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğan sağçıların qurmaq istədiyi hökuməti parçalaya bilər
Tarix: 27-09-2022 16:34 | Bölmə: Slayd
Ərdoğan sağçıların qurmaq istədiyi hökuməti parçalaya bilər

İfrat sağçı “İtaliya qardaşları” partiyası və onun lideri Giorgia Meloninin sekilərdəki qələbəsi hazırda dünya mətbuatının gündəmindən düşmür. Meloninin qələbəsi Avropada ciddi narahatlıq yaratmaqla yanaşı, müxtəlif iddialara da səbəb olub.

Reyting.az
xatırladır ki, son illər siyasi sabitliyi təmin edə bilməyən Avropa ölkələrindən biri kimi önə çıxan İtaliyada həftə sonu keçirilən seçkilərdə “İtaliya qardaşları” qalib gəlib və bu nəticələr həm Avropa Birliyində, həm də beynəlxalq ictimai rəydə böyük əks-səda doğurub.

İtaliyada son vaxtlar gündəmə gələn sağçı siyasətçi Giorgia Meloni və onun partiyası olan “İtaliya qardaşları” seçkilərin qalibi olsa da, Silvio Berluskoninin partiyası “İrəli İtaliya” və Matteo Salvinin “Şimal liqası” da səslərini artırıb.

Meloninin Berluskoni və Salvini ilə müttəfiqliyini davam etdirəcəyi müəyyənləşsə də, sağçı koalisiyanın qurulmazdan əvvəl problemlə üzləşdiyi bildirilir.

Koalisiyadan əvvəl xəbərlər yayılmağa başlayıb ki, Salvini, Meloni və Berluskoninin münasibətləri yaxşı deyil. Seçkilərdən qalibiyyətlə ayrılan Meloni üçün ən böyük zərbənin koalisiya ortaqlarından gələ biləcəyinə işarə edən Avropa mətbuatı, Salvininin koalisiya daxilində Meloniyə “problem yaradacaq” fiqur kimi xarakterizə edir. Berluskoninin də Melonini dəstəkləməyəcəyi ilə bağlı şayiələr yayılıb.

Britaniyanın “The Guardian” qəzeti yazır ki, Meloninin mümkün hökumətinin sabitliyinə daha bir təhlükə koalisiya daxilində gələ bilər. İddiaya görə, Salvini Meloninin baş nazir kürsüsündə oturacağından narahatdır.

İddia olunur ki, “İtaliya qardaşları” kimi partiyalarla bir araya gəlməklə siyasi karyerasına böyük zərbə vuran Berluskoni Melonini dəstəkləməyə bilər.

Xatırladaq ki, Meloni Berluskoninin üçüncü hökumətində gənclər naziri vəzifəsində çalışıb.



Digər tərəfdən, Berluskoni ilə Meloni arasında növbəti gərginliyin prezident Ərdoğanla bağlı olması ehtimal edilir. İtaliyanın son illərdə ən böyük problemi olan qaçqınlar məsələsinin həllinin çətinliyi xüsusən nəzərə alınmalıdır. İtaliya mətbuatı Türkiyə ilə yaxınlaşma ehtimalının ola biləcəyini yazsa da, prezident Ərdoğanla Berluskoninin çox yaxşı münasibətlərinin olduğu bildirilir.

Digər tərəfdən, Meloni həm prezident Ərdoğana, həm də Türkiyəyə qarşı çox sərt münasibət bəsləyir. Sosial media hesabları vasitəsilə tez-tez prezident Ərdoğan və Türkiyə əleyhinə mesajlar verən, Türkiyənin Avropa Birliyinin üzvlüyünə qarşı çıxan Meloni bu məsələdə də müttəfiqləri ilə üz-üzə gələ bilər. Yəni prezident Ərdoğanın hələlik qurulmyan İtaliya hökumətində parçalanma yaratması mümkündür.

Digər mühüm məsələ Berluskoninin Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin olmasıdır. Lakin Ərdoğandan fərqli olaraq Berluskoni-Putin münasibətləri İtaliyanın daxili siyasətinə təsir etmir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}