Qarabağdakı sülhməramlılar qanunlara əməl etmir
Tarix: 27-11-2022 22:07 | Bölmə: Slayd
Qarabağdakı sülhməramlılar qanunlara əməl etmir

Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin növbəti açıqlamasında bildirilib.

Müdafiə Nazirliyi Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırır ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir.

Bildirilir ki, 27.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR.

P.S. Onu da qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi dünən və onadan əvvəlki günlərdə də belə açıqlamalarla çıxış edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}