17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Oliqarxların əvvəlki həyat yoldaşları: kimi şanslı, kimi də...
Tarix: 04-12-2022 09:51 | Bölmə: Slayd
Oliqarxların əvvəlki həyat yoldaşları: kimi şanslı, kimi də...

Rusiyanın nəhəng və zəngin ölkə olması, ölkədə qanunlardan daha çox şəxsi əlaqələrin rol oynaması çoxsaylı insanın böyük sərvət toplamasına şərait yaradıb. SSRİ-nin süqutundan sonra isə onun iqtisadiyyatının dağılmasında rol oynayan və sərvətlərinin müəyyən hissəsinə sahiblənən şəxslər müasir Rusiyanın ilk zəngin şəxslərinə çevriliblər. Daha sonra ölkədə böyük oliqarx ordusu meydana çıxıb. Bəs problemlə üzləşmiş bu oliqarxlardan bəzilərinin xanımlarının taleyi necə olub?

Reyting.az
-ın məlumatına görə, rusiyalı oliqarxlardan bəzilərinin ailə üzvləri faciəvi və uğursuz həyat yaşamaq məburiyyətində qalıb:


1. İrina Qrudinina

Rusiya prezidentliyinə keçmiş namizəd Pavel Qrudinin 2019-cu ilin iyulunda həyat yoldaşından boşanıb. 40 ilə yaxın evli olmuş cütlüyün ayrılma səbəbi Qrudininin başqa bir ailəsi və uşaqlarının üzə çıxmasıdır. İllər boyu İrina bütün bunların ciddi olmadığına sadəlövhcəsinə inanaraq, həyat yoldaşının çoxsaylı xəyanətlərini bağışlayıb.

Evliliyinin son bir neçə ilində Pavel ailəsi ilə yaşamayıb və həyat yoldaşı ilə ünsiyyət qurmayıb.

Daha da alçaldıcısı odur ki, İrina boşanma barədə SMS vasitəsilə xəbər tutub - ona məhkəməyə çağırış mesajı gəlib.


2. Yana Prejevskaya

2015-ci ilin fevralında Yana Prejevskayanın müəmmalı ölüm xəbəri çoxlarını kədərləndirib.

2000-ci illərin ən parlaq partiya qızlarından olan Yana uzun illər iş adamı Yevgeni Frolovla birgə yaşayıb. Üç övladlarının olmasına baxmayaraq, cütlük rəsmi nikaha imza atmayıb. Ayrıldıqdan sonra gözəl Yana ciddi problemlərlə üzləşib. Oliqarxın ona səxavətlə bağışladığı bütün pulları, qadın gənc sevgililərə və spirtə xərcləyib. Son illərdə Prejevskaya hepatit və qaraciyər sirrozundan əziyyət çəkib və həyatı faciəvi sonluqla bitib: həkimlər Yananı hamamda huşsuz vəziyyətdə tapıblar. O, bir neçə gün sonra reanimasiyada dünyasını dəyişib. Yevgeni Frolov isə keçmiş sevgilisinin dəfnində iştirakdan imtina edib.


3. Aleksandra Tolstaya

Məşhur qrafın varisi Aleksandra Tolstaya 35 yaşında ərindən boşanaraq bankir və iş adamı Sergey Puqaçovla ailə qurub. Qadın oliqarxa üç uşaq doğub. 2011-ci ildə o, Puqaçovla birlikdə Londonda məskunlaşıb. Üç ildən sonra rusiyalı milyarder beynəlxalq axtarışa verilib. Onun hesabları və əmlakı dondurulub. Sergey Fransaya qaçıb və Tolstaya üç uşaqla tək qalıb. Aleksandra qaçaq oliqarxdan aliment almağa çalışıb. Amma həyat yoldaşı pul verməkdən imtina edib, hətta hədə-qorxu dolu məktublar da göndərib. İndi o, ailəsini təkbaşına dolandırır.


4. Natalia Potanina

Vladimir və Natalya Potanin 30 il birgə olublar. 2014-cü ildə milyarder boşanmaq üçün məhkəməyə müraciət edib. Vladimirin çoxdan başqa bir ailəsi də olub. Natalya həyat yoldaşının onunla birlikdə əldə etdiyi sərvətin bir hissəsini – təxminən 15 milyard dollar dəyərində qiymətləndirib və məhkəməyə vermək qərarına gəlib.

Oliqarxlar tərəfindən tərk edilmiş əksər qadınlardan fərqli olaraq, Natalya şanslı olub: o, kiçik oğlu Vasili üçün aliment təmin edib və Moskvada daşınmaz əmlakın əhəmiyyətli hissəsini ala bilib. İndi keçmiş həyat yoldaşı ərinin biznes aktivlərindən gələn paya güvənir.
Bununla belə, “Norilsk Nikel”in səhmləri uğrunda mübarizə davam edir. Vladimir isə təkcə birinci həyat yoldaşı ilə deyil, hətta öz uşaqları ilə də ünsiyyət qurmaq istəmir.


5. Hizer Berd

Belə görünürdü ki, bütün dünya gənc Hizer Berdin ayaqları altındadır. O, əmlak kralı və milyarder Robert Cengizlə evlənməklə, sanki cek-potda böyük vəsait udmuşdu. O, bu gün 48 yaşlı sarışın ərinin gənc məşuqəsi Yuliya Dıbovskaya ilə bir dam altında yaşamağa məcburdur. Həyat yoldaşından tam maliyyə asılılığı Hizeri ərinin yeni sevgilisi ilə ümumi dil tapmağa məcbur edib. Qadın jurnalistləri Robert və Yuliya üçün xoşbəxt olduğuna inandırır.


6. Anna Astanina

2008-ci ildə Anna Astanina psixiatrik xəstəxanaya yerləşdirilib. Bundan əvvəl VTB-nin top-meneceri olan keçmiş həyat yoldaşı Vadim Levin ilə aylar boyu səs-küylü qalmaqallar yaşanmışdı. Boşanma prosesi zamanı bankir onların 11 yaşlı oğlunun qəyyumluğunu ala bilsə də, məhkəmə uşağı anasına buraxmaq qərarına gəlib. İş adamı bu qərarla razılaşmayıb. Beləliklə, o, keçmiş həyat yoldaşına qarşı fırıldaq etmək qərarına gəlib. Levin dostu Şota Boteraşvilini Annanı keçmiş ərinə qarşı iddiaları müzakirə etmək üçün restorana dəvət etməyə razı salıb. Qadın gələndə mühafizəçilər onu tutublar. Astaninaya zorla araq içiriblər. Tezliklə təcili tibbi yardım maşını gəlib və qadını psixiatriya xəstəxanasına aparıb. Sonda qohumlar Annanı azad edə bilib. Bu müddət ərzində Vadim Levin qızının qəyyumluq hüququ ilə bağlı məhkəməyə müraciət edib. Hazırda uşaqları ilə birlikdə Londonda yaşayır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}