Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həyatını itirib
Tarix: 04-12-2022 19:20 | Bölmə: Slayd
Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həyatını itirib

Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Elnur Ağazadə oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Reyting.az xəbər verir ki, bu barədə hərbi prokurorluqdan bildiriblər.

Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Qeyd edək ki, hadisə Laçında yerləşən hərbi hissədə baş verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}