17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ Azərbaycan və Ermənistanın tezliklə sülh müqaviləsi imzlanmasını istəyir
Tarix: 05-12-2022 10:35 | Bölmə: Slayd
ABŞ Azərbaycan və Ermənistanın tezliklə sülh müqaviləsi imzlanmasını istəyir

“Son dövlər Amerika tərəfindən səslənən çağırışlar kifayət qədər pozitiv təsir bağışlayır. Ən azından ona görə ki, Vaşinqton Azərbaycan və Ermənistanı birbaşa danışıqlara çağırır. Yəni kənar vasitəçilər olmadan ikili formatda dialoqa dəvət edirlər. Burada sərhədlərin demarkasiyasının, kommunikasiyaların açılmasının, sülh sazişinin imzlanmasının vacibliyini xüsusilə qeyd edirlər”.

Bu sözləri Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, ABŞ-ın belə bir mövqeyini Dövlət Departamentinin ATƏT-dəki diplomatı da, Departamentin Qafqaz üzrə xüsusi nümayəndəsi də səsləndirib.

O. Qasımov diqqətə çatdırıb ki, ABŞ dövlət katibi Antoni Blinken də təxminən 20 gün öncə Azərbaycan və Ermənistan dövlət başçısı ilə telefon danışığı zamanı eyni fikirləri ifadə edib: “Ermənistan mediası tərəfindən yayılan məlumata görə, hətta baş nazir Nikol Paşinyana Antoni Blinken tərəfindən müəyyən təzyiqlər də olub. Paşinyanın diqqətinə çatdırılıb ki, hazırda sülh müqaviləsinin imzalanması üçün yaranan əlverişli şəraitdən imkan kimi istifadə edilməlidir. Bu o deməkdir ki, Rusiyadan fərqli olaraq, ABŞ iki ölkə arasında birbaşa danışıqların başlanması və qısa müddətdə sülh müqaviləsinin imzlanmasını istəyir”.

Müsahibimizin qənaətincə, əslində bu, ABŞ tərəfindən proseslərə pozitiv yanaşmadır: “Azərbaycan tərəfindən də birbaşa danışıqlar məqbul hesab olunur. Çünki Avropa İttifaqının təşəbbüsü ilə aparılan danışıqlara Ermənistan vasitəsilə böyük zərbə vuruldu. Dekabrın 7-nə nəzərdə tutulan görüş Ermənistanın təxribatları səbəbindən baş tutmadı. Beləcə, Avropa Birliyinin təşəbbüsünə ağır zərbə vuruldu. Əlbəttə, diplomatik danışıqlar yoxdursa, problemin güc yolu ilə həlli gündəmə gəlir. Bu isə Ermənistan üçün arzuedilən ssenari deyil. Çünki Ermənistanın buna hazırlığı və imkanı yoxdur. Ona görə də, konkret məsələləri İrəvan həll etməlidir. Yəni Zəngəzur dəhlizi ilə bağlı konkret mövqe ortaya qoymalı, sülh müqaviləsi imzalamalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}