Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və yaralılar var - (Yenilənir) - Fotolar
Tarix: 27-01-2023 10:27 | Bölmə: Slayd
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və yaralılar var - (Yenilənir)

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Reyting.az
xəbər verir ki, hücum zamanı bir nəfər xəsarət alıb.

Əlavə məlumat veriləcək.

***

Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən və ya edənlərin avtomat silahdan istifadə etdikləri bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.


Məlumata görə, hücum edən şəxs saxlanılıb.

İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

***

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Azərbaycan XİN-nin Mətbuat xidməti idarəsindən bildiriblər ki, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

XİN bildirir ki, hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}