14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İlham Əliyev: "Diplomatik nümayəndəliklərə terror hücumu qəbuledilməzdir!"
Tarix: 27-01-2023 12:55 | Bölmə: Gündəm
İlham Əliyev: "Diplomatik nümayəndəliklərə terror hücumu qəbuledilməzdir!"

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Reyting.az
xəbər verir ki, bu barədə dövlət başçısı "Tvitter"də paylaşım edib:

"Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!".



E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}