11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Polis Vasif Talıbovun evində çoxlu silah aşkarlayıb - Saxlanılanlar var
Tarix: 28-01-2023 09:08 | Bölmə: Slayd
Polis Vasif Talıbovun evində çoxlu silah aşkarlayıb - Saxlanılanlar var

Şərur Rayon Polis İdarəsinin əməkdaşları, Naxçıvan Muxtar Resublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Aralıq kəndindəki evində axtarış aparıb.

Reyting.az
"Gündəlik Naxçıvan"a istinadla bildirir ki, kənd sakinləri hadisənin bu gün baş verdiyini deyiblər.

Məlumata görə, Vasif Talıbov istefa verdikdən sonra, doğulduğu Aralıq kəndinə köçərək, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Axtarış nəticəsində onun evində xeyli silah aşkarlandığı, evini qoruyan şəxsi mühafizəçilərinin saxlanıldığı bildirilir. Saxlananlardan biri -Rövşən Talıbov Vasif Talıbovun əmisi nəvəsidir. Saxlanılan digər mühafizəçisi Həsənqulu Novruzov rayonun Siyaqut kəndindəndir.

Kənd sakinləri bildirir ki, polis Talıbovların yaşadığı evə qəfil gəlib:

“Kəndin giriş-çıxışı bir neçə saatlıq bağlandı. Mühafizəçiləri göz açmağa imkan verməyiblər. Vasif müəllim də evdə olub. Polislər evdə silah axtarırmışlar. Deyilənə görə, xeyli sayda müxtəlif kalibrli vinçestr silahları çıxıb. Onun mühafizəçilərinin silah gəzdirdiyini bilirdik. Ancaq evdə də silah olmasından xəbərdar deyildik. Həbs olunan mühafizəçilərin biri Vasif müəllimin əmisi oğlu Abdullanın oğludur. O, həmin evi uzun illərdir ki, mühafizə edirdi. Hazırda, evin həyətinə giriş-çıxış da bağlanılıb".

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR DİN-lə əlaqə saxlanılıb. Nazirlikdən, Şərur rayon sakinləri Rövşən Talıbov və Həsənqulu Novruzovda qanunsuz silah aşkarlandığını təsdiq etsələr də, əlavə məlumat vermək istəməyiblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}