Putin genişmiqyaslı müharibəni uzatmaq istəyir
Tarix: 28-01-2023 09:43 | Bölmə: Slayd
Putin genişmiqyaslı müharibəni uzatmaq istəyir

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəni daha altı ay uzatmağa hazırdır. Reyting.az xəbər verir ki, bunu Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri “Bloomberg”in məlumatlarını təhlil edərkən bildiriblər.

Nəşrin istinad etdiyi Kreml insayderlərinin fikrincə, Putin yeni hücuma hazırlaşır, təşəbbüsü ələ keçirməyə çalışır, çünki o, Ukrayna Silahlı Qüvvələrinin uğurlarından və Rusiya hərbçilərinin uğursuzluğundan narazıdır. Putin qorxur ki, fevral və ya mart ayında Ukrayna müdafiəçiləri daha böyük güclə hücuma keçə bilərlər.

İddiaya görə, çox güman ki, Kreml önümüzdəki altı ayda döyüş meydanında liderliyi bərpa etmək və Ukraynanın hazırkı əməliyyat uğurları silsiləsinə son qoymaq üçün həlledici strateji addımlar atmağa hazırlaşır. Hücumun Luqansk vilayətindən başlayacağı güman olunur.

Ekspertlər hesab edir ki, rusların Zaporojye vilayətini yarıb keçmək cəhdləri Ukrayna ordusunun dağılmasını təmin etmək məqsədi daşıya bilər. Sonra işğalçılar Rusiya Federasiyasının Belarusdan 2-ci motoatıcı diviziyasının hissələrini köçürdüyü Luqansk bölgəsində hücum üçün şərait əldə etməyə çalışacaqlar.

Ekspertlər əlavə ediblər ki, işğalçılar Belarusun infrastrukturundan və ərazilərindən təlim rotasiyaları üçün yararlanmaqda davam edirlər. Bundan əlavə, rus təbliğatçıları daha çox Kiyevə hücumun olmayacağını deyirlər. Əvəzində Rusiya hərbçilərinin Ukraynanın şərqində hücuma keçəcəyi və ya Xarkov vilayətində irəliləməyə çalışa biləcəyi xəbərini yayırlar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}