Bayden administrasiyası Türkiyəyə qarşı... - Fotolar
Tarix: 28-01-2023 19:44 | Bölmə: Slayd
Bayden administrasiyası Türkiyəyə qarşı...

ABŞ-da nəşr olunan “The Wall Street Journal” Bayden administrasiyasının Rusiya təyyarələri ilə bağlı rəsmi Ankaraya təzyiq göstərməyə çalışdığını iddia edir.

Reyting.az
-ın xəbərinə görə, “The Wall Street Journal” ABŞ-dakı rəsmi mənbələrinə əsaslanaraq yazır ki, Vaşinqton Ankaranın Moskvaya qarşı tətbiq edilən sanksiyalara qoşulması üçün yeni addımlar atır.



İddialara görə, Bayden administrasiyası Rusiya aviaşirkətlərinin Türkiyəyə uçuşları dayandırması üçün Ankaraya təzyiq göstərməyə çalışır.

Xatırladaq ki, müharibənin əvvəlindən Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu oynayan Türkiyənin neytral mövqeyi sayəsində taxıl böhranı kimi bir çox problemlər aradan qaldırılıb. Bununla belə, ABŞ Türkiyənin də Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmasını istəyir.



“Wall Street Journal” Rusiya hava yollarının istifadə etdiyi təyyarələrin ABŞ istehsalı olduğunu qeyd edir və oktyabrın 1-dən bu yana 2100-dən çox uçuş həyata keçirdiklərini bildirir.

Qəzetin iddiasına görə, ABŞ-ın yüksək rütbəli rəsmiləri ötən ay Türkiyəyə səfəri zamanı Rusiyaya məxsus ABŞ istehsalı olan təyyarələrə yanacaq doldurma və ehtiyat hissələri kimi xidmətlər göstəriləcəyi təqdirdə cəzaların tətbiqi barədə xəbərdarlıq ediblər.

Qeyd olunur ki, Bayden administrasiyası keçən fevral ayında Ukrayna müharibəsinin başlaması ilə Rusiyaya ABŞ istehsalı olan və hissələrin 25 faizindən çoxundan istifadəni qadağan edib. Lakin bu qadağa Rusiyanı çox da maraqlandırmayıb. Ölkə Qərbə meydan oxuyaraq “Boeing” təyyarələrini uçurmağa davam edib.



E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}