16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Professor: “Terror hadisəsi araşdırılarkən İranda yaşayan ermənilər də nəzərə alınmalıdır”
Tarix: 28-01-2023 20:55 | Bölmə: Slayd
Professor: “Terror hadisəsi araşdırılarkən İranda yaşayan ermənilər də nəzərə alınmalıdır”
Əli Abbasov

“Son zamanlar Azərbaycan dövlətinin xaricdəki səfirliklərinə hücumlar edilir, diplomatik nümayəndəliklərinin binası önündə etiraz aksiyaları təşkil olunur. Əvvəl belə hadisələr daha çox ermənilər tərəfindən edilirdi, indi isə Tehrandakı səfirliyimizə hücum aktı həyata keçirilib. Son görüntülərdən açıq müşahidə edilir ki, səfirliyimizə hücum edən şəxs diplomatik korpusun önündəki İran polisinin postunu çox asanlıqla keçir, hətta salam da verir və ya danışır. Sonra isə səfirliyə daxil olaraq qətliam həyata keçirir. Bu niyə belə olub? Deməli, bunların özü işidir. Yəni özləri içəri buraxıblar”.

Bunu Reyting.az-a professor Əli Abbasov Tehrandakı Azərbaycan səfirliyinə terror hücumundan danışarkən bildirib.

Professor qeyd edib ki, bu prosesdə İran xüsusi xidmət orqanlarının əlinin olub-olmadığı məsələsinə xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, belə addımları İranla yanaşı Ermənistan da edir: “Bu prosesdə İran xüsusi xidmət orqanları kimi İranda yaşayan ermənilər də nəzərə alınmalıdır. Əlbəttə, İran öz ölkəsində olan səfirliklərin mühafizəsi və təhlükəsizliyinə xüsusi diqqət yetirməlidir. Belə hallarda məsuliyyət səfirliyin işlədiyi dövlətin üzərinə düşür. Səfirliklər açılarkən ikitərəfli müqavilə imzalanır. Bundan savayı, səfirliklər və diplomatik korpuslar Cenevrə Konvensiyası ilə qorunur.

Biz diqqət edəndə görürük ki, Azərbaycan dövləti üzərinə götürdüyü öhdəlikləri maksimum həyata keçirərək, ölkədəki səfirliklərin təhlükəsizliyini təmin edir. İndiyə qədər bizim ölkədə heç bir səfirliklə bağlı problem yaranmayıb. Əlbəttə, etiraz aksiyaları keçirilə bilər. Söhbət Tehranda baş verən belə xain hücumdan gedirsə, bizdə belə hallar olmayıb”.

Ə. Abbasov qeyd edib ki, əgər belə davam edərsə, dünyadakı Azərbaycan səfirlikləri ilə bağlı ciddi mühafizə tədbiri həyata keçirməlidir: “Biz görürük ki, dünyanın hər yerində ABŞ səfirlikləri çox ciddi şəkildə mühafizə olunur. Biz bu təcrübədən yararlanmalıyıq.

Həmçinin İran obyektiv istintaq və araşdırma aparmalıdır”.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}