16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Nazir müavini: “Səfirliyimizdə törədilmiş terror İranla əlaqələrimizə çox böyük ziyan vurdu”
Tarix: 29-01-2023 22:59 | Bölmə: Slayd
Nazir müavini: “Səfirliyimizdə törədilmiş terror İranla əlaqələrimizə çox böyük ziyan vurdu”

“Azərbaycan səfirliyində törədilmiş terror hadisəsi İranla əlaqələrimizə çox böyük ziyan vurdu”.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X. Xələfov bildirib ki, bu ziyanın vurulmasında bütün məsuliyyət İran dövlətinin üzərinə düşür.

Nazir müavini xatırladıb ki, hələ bu hadisə baş verməzdən əvvəl İranın həm mətbuatında, həm ictimaiyyətdə anti-Azərbaycan mühiti olub: “Biz dəfələrlə İran tərəfini xəbərdar etmişdik ki, bu şəraitdə normal münasibət saxlamaq mümkün deyil, bu mühitdən çəkinmək lazımdır. Mən bu fikri söyləməkdən çəkinmirəm ki, o mühitin yaranması da bu terror aktının baş verməsinə müəyyən rəvac verib”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}