11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Azərbaycan səfirliyinə terror hücumunun təşkilatçısı İranın hakim dairələridir - Professor
Tarix: 30-01-2023 13:38 | Bölmə: Slayd
Azərbaycan səfirliyinə terror hücumunun təşkilatçısı İranın hakim dairələridir

“İranın dünyanın aparıcı ölkələri ilə nüvə silahının hazırlanmamasına dair müqavilədən çıxıb, ona əməl etmir. Həm də öz bölgəsində ciddi maneəyə çevrilib. Bu səbəbdən də İranı terroru maliyyələşdirən və dəstəkləyən ölkələr siyahısına daxil ediblər. Eləcə də İranın bir sıra terror təşkilatlarına maddi və mənəvi dəstək verdiyini bildirirlər. Söhbət “Hizbullah” “Həşdi-Şəb”, “Həmas” və digərlərindən gedir”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli deyib.

Q. Hüseynli bildirib ki, İran dinc dayanmır, daima bölgəni gərginlikdə saxlayır, yeri gələndə terrordan da istifadə edir: “Bu baxımdan uzun müddətdir ki, İran dünyanın başağrısına çevrilib. İran beynəlxalq hüquq münasibətlərinə, üzərinə götürdüyü beynəlxalq öhdəliklərin heç birinə əməl etmir. Əksinə, bynəlxalq hüquq normalarına qarşı hücumlar edir”.

Professor xatırladıb ki, İranda Azərbaycan səfirliyinə terror hücumunun bu ölkənin dairələri tərəfindən təşkil edilməsi şübhə doğurmur: “Bununla yanaşı İran tərəfi hadisənin mahiyyətini təhrif edir, Bakının tələblərini yerinə yetirib üzr istəmir. Beləliklə, İran bütün məsələlərdə destruktiv mövqedə dayanır, dünyada sülhün qorunmasına problem yaradır”.

Q. Hüseynli əlavə edib ki, artıq İsrail və ABŞ İranın bu hərəkətlərinə dözməyəcəklərini bildiriblər.

Müsahibimizin sözlərinə görə, Vaşinqton bəyan edib ki, İranın düzgün yola qaytarılması üçün hərbi əməliyyatlar da istisna deyil. Bu məqsədlə ABŞ dövlət katibi Blinken Yaxın Şərqə səfərdədir. Yəqin ki, səfər çərçivəsində İrana qarşı hərbi əməliyyatlara münasibət məsələsini ölçüb-biçəcəklər.

Q. Hüseynlinin iddiasına görə, İrana qarşı hərbi əməliyyatların başlanmasına start verilib, bu, mərhələ-mərhələ həyata keçiriləcək.

Professor əlavə edib ki, bəziləri səhvən İrana qarşı quru əməliyyatların keçiriləcəyini, mülki obyektlərin də vurulmasının nəzərdə tutulduğunu düşünür: “Amma belə deyil. İrana qarşı əməliyyatlar əsasən havadan aparılacaq, hərbi obyektlər vurulacaq. Ehtimalıma görə, bu zaman SEPAH-ın əsas qərargahı, ali dini liderin ofisi, prezidentin fəaliyyət göstərdiyi saray hədəfə alına bilər. Əməliyyat yalnız İranın tərkisilah edilməsinə və oradakı rejimin dəyişdirilməsinə hesablanacaq”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}