16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İran Azərbaycan səfirliyindəki terror aktını ədalətli araşdırmayacaq - Deputat
Tarix: 30-01-2023 14:06 | Bölmə: Slayd
İran Azərbaycan səfirliyindəki terror aktını ədalətli araşdırmayacaq

“Tehrandakı səfirliyimizə hücum İran tərəfindən Azərbaycan dövlətinə qarşı təşkil edilən siyasi terror aktıdır. Hesab edirəm ki, İranın hüquq-mühafizə orqanları bu məsələni ədalətli araşdırıb əsl motivi və niyyəti üzə çıxarmayacaq. Baxmayaraq ki, hansısa açıqlamalar verilir, fikirlər səsləndirilir. Mən onların ədalətli olacağına inanmıram. Bunun üçün kifayət qədər əsaslar da var”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan danışarkən bildirib.

Onun sözlərinə görə, səfirliyimizə hücum insanların gözü önündə baş verib, bunun görüntüləri də var. “Heç kim ailə probleminə görə, səfirliyin əməkdaşını qətlə yetirməz. Səfirlikdə baş verən açıq-aşkar terror aktıdır. Onun mahiyyətini gizlətmək yolverilməzdir”,- E. Məmmədov əlavə edib.

Deputat belə bir sual da ünvanlayıb:

“İran özü təşkil etdiyi terror aktını necə ədalətli araşdıra bilər?

Tehrandakı səfirliyimizə hücumdan sonra İran rəsmiləri gülünc iddialarla çıxış etməyə başladılar. Terror hücumundan sonra İran tərəfinin qondarma və iyrənc açıqlamalarının şahidi olduq. Yəni burada məsələ birmənalıdır: İran uzun illərdir ki, Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik mövqeyində dayanır və buna uyğun siyasət aparır. Amma səfirliyimizə terror hücumuna qədər bunu bir qədər “pərdə arxasında” etməyə çalışırdı. Son dövrlər isə taktikasını dəyişib”.

E. Məmmədov xatırladıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etdikdən sonra İranın davranışlarında ciddi fərqlər yaranıb: “Artıq İranın Azərbaycan qarşı düşmən mövqeyi aşkardır və elan edir ki, Ermənistanın təhlükəsizliyi onun təhlükəsizliyidir. Hətta hansısa “qırmızı xətt”dən də bəhs edirlər. Odur ki, İranla qonşuluqdan, əməkdaşlıqdan danışmağa dəyməz. Çünki onlar həyasızcasına düşmən mövqeyini ortaya qoyur və bunu həm də hərəkətləri ilə sübuta yetirirlər. Odur ki, İran özünün həyata keçirdiyi terror aktını ədalətli araşdıra bilməz”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}