11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
“İran Azərbaycana düşmən mövqeyində dayanan dövlətdir” - Analitik
Tarix: 31-01-2023 16:09 | Bölmə: Slayd
“İran Azərbaycana düşmən mövqeyində dayanan dövlətdir”

“İranın Azərbaycana münasibəti böyük ölçüdə dəyişməyib. Son 30 ildə Azərbaycana münasibəti necə idisə, o cür də davam edir. Mən bu münasibətlərin müsbət mənada dəyişəcəyinə inanmıram”.

Bunu Reyting.az-a siyasi analitik Oqtay Qasımov Azərbaycan-İran münasibətlərinin yaxın perspektivini qiymətləndirərkən deyib.

O. Qasımov bildirib ki, sadəcə, Azərbaycan özünün İran siyasətinə artıq baxıb: “Üstəlik, Azərbaycan cəmiyyətində İrana münasibətdə xeyli dəyişiklik var. Bizim cəmiyyət artıq müəyyən edib ki, İran Azərbaycana dost deyil, düşmən mövqeyində dayanan dövlətdir və Azərbaycanla normal münasibətlər qurmağa çalışmır, hətta buna cəhd də etmir. Əksinə, Azərbaycanı özünə təhdid sayır. Bu mənada düşünürəm ki, rəsmi Tehranın Azərbaycana münasibətində hər hansı dəyişikliyi olmayacaq”.

O. Qasımov belə qənaətə gəlib ki, İran-Azərbaycan münasibətləri elə bu cür gərgin və İranın hansısa fantastik iddiaları üzərindən gərgin formada davam edəcək. Başqa sözlə, yaxın dövlərlərdə açıq, səmimi və konstruktiv münasibətlərin qurulacağı gözlənilmir.

Analitik əlavə edib ki, münasibətlərdə kifayət qədər uçurumlar yaranıb. Onun sözlərinə görə, xüsusilə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı planlaşdırılan xain terror hücumu münasibətləri kifayət qədər zədələyib.

Müsahibimiz diqqəti İranın xarici siyasət doktrinasına yönəldib: “Səhv etmirəmsə, İranın xarici siyasət doktrinası 1992-ci ildə qəbul edilib. Bu doktrinaya görə, Azərbaycan İrana təhdid yaradan faktor kimi göstərilib. Xarici siyasət doktrinasında Azərbaycana münasibəti bu cür ifadə edən dövlətlə bizim hansı dərin və xeyirli münasibətlərimiz qurula bilər? İran belə münasibətin qurulmasında və inkişafında maraqlı tərəf deyil. Yəni bir neçə istiqaməti təhlil etdikdə aydın olur ki, İran Azərbaycanla normal və səmimi əməkdaşlıq münasibətləri qurmağa pozitiv yanaşmır”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}