Tofiq Zülfüqarov: “Güclü antiterror əməliyyatından başqa çarəmiz yoxdur"
Tarix: 16-03-2023 18:56 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “Güclü antiterror əməliyyatından başqa çarəmiz yoxdur"

"2020-ci il müharibəsindən sonra Putin, Makron, Şolts və digər siyasətçilərin, eləcə də bir sıra ölkələrin parlament nümayəndələrinin bəyanatları göstərir ki, Azərbaycanın 28 il ərzində Ermənistanın silahlı təcavüzü və azərbaycanlı əhaliyə qarşı total etnik təmizləmənin nəticələrini tam və qəti şəkildə aradan qaldırmağa yaxınlaşmasından narazıdırlar. Həmçinin "münaqişələrin idarə edilməsi sistemi"nin region ölkələrinə siyasi təsir aləti olmaqdan çıxması onları qane etmir".

Bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Keçmiş nazirin fikrincə, Ermənistan elitasının regionda qüvvələrin kritik balanssızlığı səbəbindən əldə edilməsi mümkün olmayan məqsədlər naminə Ermənistan əhalisini qəsdən yeni qurbanlara və itkilərə hazırlaması təəccüblüdür: "Ona görə də mövcud vəziyyət və Azərbaycan ərazisinin dərinliklərində silahlı müqavimət nöqtələri saxlamaq cəhdləri ilə əlaqədar olaraq rus sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazidə güclü antiterror əməliyyatı keçirməkdən başqa çarəmiz yoxdur".

T. Zülfüqarov sonda əlavə edib ki, ölkə konstitusiyasına uyğun olaraq suverenliyin və ərazi bütövlüyünün bərpası üçün sanksiya və ya qətnamə ilə hədələr Azərbaycana mane ola bilməz.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}