07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Tramp dünya ölkələrinə İranla bağlı çağırış edib
Tarix: 25-09-2018 20:38 | Bölmə: Siyasət / Dünya
Tramp dünya ölkələrinə İranla bağlı çağırış edib

Prezident Donald Tramp dünya ölkələrini İranın təcrid olunması üçün ABŞ-a qoşulmağa çağırıb.

Reyting.az
bildirir ki, o, çağırışını Nyu-Yorkda BMT-nin Baş Assambleyasındakı çıxışında səsləndirib.

Onun sözlərinə görə, ABŞ İranı puldan məhrum etmək üçün “iqtisadi təzyiq” kampaniyasına başlayıb. Trampın fikrincə, bu, Suriya və Yəməndəki xaos və qanlı qırğının qarşısının alınması üçün vacibdir.

O qeyd edib ki, İran öz qonşularına və onların sərhədlərinə hörmətlə yanaşmır.

“Amerikaya ölüm”ü təkrarlayan və İsraili məhv etməklə hədələyən rejimin nüvə başlığı əldə etmək üçün vəsaiti olmamalıdır. Biz rejimi özünün qanlı gündəliyini davam etməməsi üçün vəsaitdən məhrum edəcəyik, biz sərt sanksiyaları bərpa etmişik, sanksiyaların davamı olacaq, biz İran neftini idxal edən ölkələrlə işləyirik ki, onlar neft alınmasını azaltsınlar”, - Tramp vurğulayıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}