10:30 / 12-05-2021
Azərbaycan nefti bahalaşıb
DTX-nın həbs etdiyi icra başçısının işində adı hallanan iş adamı iki müğənni ilə sevgili olub - Foto
Tarix: 30-04-2021 12:05 | Bölmə: Şou-biznes
DTX-nın həbs etdiyi icra başçısının işində adı hallanan iş adamı iki müğənni ilə sevgili olub

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində "Park Kolizey" MTK rəhbəri Famil Xəlilovun (Veyis Xəlilov) da adı hallanır.

Reyting.az
“Yeni Sabah”-a istinadla xəbər verir ki, Famil Xəlilov adlı iş adamının Azərbaycanın tanınmış xanım müğənniləri ilə tez-tez adı hallanıb.

Müğənni Şəbnəm Tovuzlu bir neçə il əvvəl iş adamı ilə sevgili olduğunu, hətta vətəndaş nikahında yaşadığını da mətbuata açıqlayıb. Şəbnəm daha sonra Familin sevgilisi yox, rəsmi və dini nikahlı əri olduğunu iddia edib. Hətta onların birgə şəkilləri də mediada yayılıb.

Daha sonra F. Xəlilovun gənc müğənni Vəfa Şərifova ilə də sevgili olması barədə məlumatlar dərc olunub. İddia olunur ki, Vəfanın bir neçə il əvvəl dünyaya gələn övladının atası da Famil Xəlilovdur.

Vəfa Şərifova sosial media hesabında açıqlama yayaraq Şəbnəm Tovuzluya atmacalar atıb:

"Mən həmişə demişəm ki, həmin şəxslə ailəliyim altı ildir. Bir qız övladım var. Onu da həmişə ona görə demişəm ki, məclislərə dəvət olunan zaman bilsinlər ki, ailəli bir xanımı dəvət edirlər. Ona görə davransınlar. Bəziləri kimi əlin, ayağın göstərib hədiyyələr göndərib, kiməsə acığ verməmişəm. Mən bununla gündəmə gəlməmişəm. Bir xanım müğənni ilə şəklimi yanaşı qoyursuz. Yazırsız ki, sevgili olub. Bir kişinin həyatında çox qadın ola bilər keçmişində. Mən yoldaşımı keçmişinə görə qınaya bilmərəm. Əsas odu qadının keçmişi təmiz olsun. Kişinin keçmişində çox şey ola bilər. Mənim səhvimi görürsüzsə nə istəyirsiz yazın. Bir nəfərə bir söz desəm onda deyərsiz".





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}