NASA və ESA-nın birgə istismar etdiyi “Hubble” kosmik teleskopu "Çilçıraq topası" kimi tanınan “NGC 6723” kürəvi ulduz topasının yeni görüntüsünü yayımlayıb.
Reyting.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Oxatan bürcündə yerləşən və Yerdən təxminən 27 min işıq ili uzaqlıqda olan bu ulduz topasında yaşı 10 milyard ildən çox olan ulduzlar mövcuddur.
Alimlər bildirirlər ki, kürəvi ulduz topaları Süd Yolunda formalaşan ən qədim strukturlardan hesab olunur. Lakin son müşahidələr göstərir ki, həm “NGC 6723”-də, həm də onun ətrafında müxtəlif yaş dövrlərinə aid qədim ulduzlar yerləşir. Bu isə belə sistemlərin yaranma tarixinin əvvəllər düşünüldüyündən daha mürəkkəb olduğunu göstərir.
Astronomlar "Çilçıraq topası"nın formalaşma tarixini daha dərindən araşdırmaq məqsədilə “Hubble” və “James Webb” kosmik teleskopları vasitəsilə müşahidələri davam etdirirlər.
Oqtay Qorçu