2026-cı ilin əvvəlindən bəri aparılan inandırma səyləri çərçivəsində terror təşkilatının (PKK/BTÖ) 134 üzvü Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub. Təslim olanlar arasında iki nəfər “Boz”, bir nəfər isə “Sarı” kateqoriyasında göstərilən şəxslərdir.
Reyting.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi terrorla mübarizə çərçivəsində aparılan inandırma səyləri ilə bağlı son məlumatları ictimaiyyətlə paylaşıb.
Nazirliyin açıqlamasında bildirilir ki, bu ilin əvvəlindən aparılan razısalma səylərinin bir hissəsi olaraq, ümumilikdə 134 PKK/BTÖ üzvü təslim olub: “Jandarma Baş Komandanlığının Kəşfiyyat İdarəsi, Baş Təhlükəsizlik Kəşfiyyat İdarəsi və Terrorla Mübarizə (TEM) İdarəsi tərəfindən əlaqələndirilən əməliyyatlar nəticəsində 134 terror təşkilatı üzvü (bir sol qrupdan olmaqla) razısalma yolu ilə təhlükəsizlik qüvvələrinə təslim olub. Təslim olan terror təşkilatı üzvlərindən 115-i həbs edilib, 14-ü haqqında məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Beş nəfər üçün məhkəmə prosesi davam edir”.
V. Quliyev