Advert
Advert

16 milyard dollarlıq üzən şəhər layihəsi təqdim olunub

Tarix:
16 milyard dollarlıq üzən şəhər layihəsi təqdim olunub
Reklam

ABŞ-da 1990-cı ildə mühəndis Norman Nixonun ideyası əsasında hazırlanan “Freedom Ship” layihəsi yenidən gündəmə gəlib. Layihə dünyanın ilk dəfə 80 min nəfərin yaşaya biləcəyi nəhəng və müasir üzən şəhərinin yaradılmasını nəzərdə tutur.

Reyting.az xəbər verir ki, yeni konsepsiyaya əsasən, 30 göyərtədən ibarət olacaq gəmidə 50 min daimi sakin, 10 min ziyarətçi və 20 min ekipaj üzvü yerləşə biləcək. Təxminən 1,6 kilometr uzunluğunda nəzərdə tutulan gəmi dünyanın ən böyük üzən yaşayış məkanlarından biri olacaq.

Nüvə enerjisi ilə işləməsi planlaşdırılan gəmi beynəlxalq sularda fəaliyyət göstərəcək və bir neçə il ərzində dünya ətrafında səyahət edəcək. Layihədə stadion, akvapark, müxtəlif muzeylər, konsert zalı, ticarət mərkəzi, xəstəxana, məktəblər və parkların inşası da nəzərdə tutulur.

Mütəxəssislərin sözlərinə görə, dəyəri 16 milyard dollar qiymətləndirilən bu qeyri-adi layihənin tikintisinə maliyyə təmin edildikdən sonra başlanıla bilər. Layihənin 3-4 il ərzində İndoneziyada reallaşdırılması planlaşdırılsa da, “Freedom Ship” hələlik gələcəyin nəhəng konsept layihələrindən biri olaraq qalır.

Oqtay Qorçu
 

Reklam