"Mançester Yunayted" yarımmüdafiəçisi Kobbi Meyno ilə yeni uzunmüddətli müqavilə imzalamaq üzrədir.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Bildirilir ki, 20 yaşlı futbolçu ilə danışıqlar yanvar ayında başlayıb. Onunla müqavilə 2031-ci ilin iyun ayına qədər uzadıla bilər.
Tərəflər müqavilənin son detalları barədə razılığa gəlməlidirlər. "Mançester Yunayted" müqavilənin uğurla başa çatacağına nikbin yanaşır.
Meyno "Mançester Yunayted" akademiyasının yetirməsidir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir və daha 1 il artırmaq üçün seçim imkanı da var.
Bu mövsüm o, 24 matçda oynayıb və 3 məhsuldar ötürmə edib.(Matc.az)