Advert
Advert

2026-cı ildə hansı ölkələr öndə olacaq?

Tarix:
2026-cı ildə hansı ölkələr öndə olacaq?
Reklam

2026-cı ildə dünya iqtisadiyyatının həcmi təxminən 123,6 trilyon dollara çata bilər. Ekspertlərin fikrincə, ən böyük iqtisadiyyat nəhəngi yenə də ABŞ olacaq. Proqnozlara görə, ABŞ-nın ümumdaxili məhsulu (ÜDM) 31,8 trilyon dolları ötəcək. 

Reyting.az xəbər verir ki, yeni proqnozlara görə, ilk beşlikdə Çin, Almaniya, Hindistan və Yaponiya yer alacaq. Bu ölkələrin payına qlobal ÜDM-nin təxminən 55 faizi düşəcək. 

Yeni siyahıda Rusiya 2,5 trilyon dollarlıq ÜDM ilə 9-cu pillədədir. 

Fransa, İtaliya, Böyük Britaniya və Kanada da ilk onluqdadır.

Qeyd edək ki, ÜDM - ölkə daxilində istehsal olunan bütün malların və xidmətlərin ümumi bazar dəyərinin ən əsas iqtisadi göstəricisidir.

Oqtay QORÇU
 

Reklam