2027-ci ildə həm amerikalı, həm də dünyanın digər kino tamaşaçıları üçün yeni filmlər nümayiş olunacaq. Gələn il ekranlara "Betmen 2" və "Ulduz müharibələri: Ulduz qırıcısı" kimi maraqlı filmlər çıxacaq.
Reyting.az xəbər verir ki, bəzi məşhur animasiyalar da yeni bölümləri ilə tamaşaçıların görüşünə gələcək. Tamaşaçılar "Şrek 5","Buz dövrü: Qaynama nöqtəsi" və "Soyuq ürək 3" kimi cizgi filmlərini izləyə biləcəklər. Yeni ekranlaşdırılmış və texniki işləri artıq tamamlanmış "Narniya salnamələri" filmi də 2027-ci ildə təqdim olunacaq.
Ən çox gözlənilən filmlərin siyahısı belədir:
Triller və qorxu filmləri:
"Səssiz Məkan 3"
"Xidmətçinin Sirri"
"İsti Toqquşma 2"
"Onlar Səni İzləyirlər"
"Gecə Vaxtı Nə Baş Verir?"
Fantastika filmləri:
"Narniya Salnamələri"
"Sonik 4"
"Zelda Əfsanəsi"
"Ulduz Müharibələri: Ulduz Qırıcısı"
"Mumiya"
"Üzüklərin Hökmdarı: Qollumun Ovu"
Superqəhrəman filmləri:
"Sabahın İnsanı"
"Betmen 2"
"Qisasçılar: Gizli Müharibələr"
Animasiya:
"Buz Dövrü: Qaynama Nöqtəsi"
"Qatto"
"Hörümçək-adam: Kainatın Hüdudlarından Kənarda"
"Şrek 5"
"Soyuq Ürək 3"
"Elli"
Komediya:
"Qayıdış Kralı"
Drama:
"İsa Məsihin Ehtirasları: Dirilmə".
Bu filmlərin əksəriyyəti 2027-ci ilin ən çox gözlənilən kino layihələri sırasında yer alır.
Oqtay Qorçu