Advert
Advert

22 milyon əhalisi olan paytaxt şəhəri çökür

Tarix:
22 milyon əhalisi olan paytaxt şəhəri çökür
Reklam

Meksikanın paytaxt şəhəri Mexiko çox sürətlə çökür. ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) mütəxəssislərinin təqdim etdiyi yeni hesabata görə, bu proses kosmosdan da müşahidə olunur. 

Reyting.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. 

NASA-nın məlumatında qeyd edilib ki, Mexikonun bəzi ərazilərində torpaq hər ay təxminən 1-2 santimetrdən də aşağı enib.

Ekspertlərin fikrincə, təxminən 22 milyona yaxın əhalisi olan bu şəhərin əsas problemi yeraltı sulardan həddindən artıq istifadədir. 

Mütəxəssislər bildirirlər ki, uzun illər davam edən, intensiv şəkildə su çəkilməsi prosesi şəhərin torpağının çökməsinə, eyni zamanda su böhranının artmasına səbəb olub.

Alimlərin sözlərinə görə, paytaxt ərazisində aparılan aktiv tikinti işləri, o cümlədən yumşaq gil qatlı torpağın üzə çıxması çökmə prosesini daha da sürətləndirir. Nəticədə şəhər yollarında çatlar yaranır, binalar əyilir və nəqliyyat infrastrukturunda zədələnmə halları artır. 

Yeni məlumatlar NASA və Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı tərəfindən birgə hazırlanan "NISAR" peyki vasitəsilə əldə edilib. Tədqiqatlar göstərib ki, 2025-ci ilin oktyabr ayından 2026-cı ilin yanvarına qədər paytaxt Mexiko şəhərinin bəzi ərazilərində torpaq ayda təxminən 2 santimetr çöküb. 

Müşahidələrə görə, peyk texnologiyaları sayəsində oxşar proseslər dünyanın digər bölgələrində də aşkar edilə bilər.

Oqtay Qorçu
 

Reklam