İtaliyalı riyaziyyatçılar və Milan Universitetinin tədqiqatçıları dünyanın gələcəyi ilə bağlı maraqlı model hazırlayıblar.
Reyting.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzeti geniş elmi məqalə dərc edib.
Milan Universitetinin alimləri tərəfindən hazırlanmış modelə görə, mümkün ekoloji deqradasiya nəticəsində Yer kürəsi gələcəkdə yalnız iki milyard insanı saxlaya biləcək. Tədqiqat müəllifləri hesab edirlər ki, bu proses davam edərsə, bəşəriyyət 2339-cu ilə qədər faktiki olaraq məhv ola bilər.
Qəzet yazır ki, elmi ictimaiyyət italiyalı tədqiqatçıların bu nəticələrini tənqidlə qarşılayıb. Tənqidçilərin fikrincə, model insanların dəyişən şəraitə uyğunlaşmaq və yeni həll yolları tapmaq qabiliyyətini kifayət qədər nəzərə almır.
Qeyd olunur ki, son 30 il ərzində bəşəriyyətlə bağlı səsləndirilən bir sıra apokaliptik proqnozlar özünü doğrultmayıb. Bir çox ekspertlər hesab edirlər ki, insanların yaxın əsrlərdə məhv olması ehtimalı real görünmür və “Məhşər günü”nün üçüncü minilliyin dördüncü yüzilliyində baş verəcəyi barədə iddialar hələlik yalnız nəzəri fərziyyə kimi qiymətləndirilməlidir.
V. Quliyev