Advert
Advert

24 mindən çox müəllimin maaşına artım tətbiq edilir

Tarix:
24 mindən çox müəllimin maaşına artım tətbiq edilir
Reklam

Sertifikatlaşdırma prosesinə start verildikdən indiyədək 83 min 983 təhsilverənin imtahanlarda iştirakı təmin edilib.

Reyting.az xəbər verir ki, bu barədə “Bizim.Media”nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildiriblər.

Qeyd olunur ki, sertifikatlaşdırma prosesindən uğurla keçən 24 min 36 nəfər təhsilverənin maaşına 35 faiz artım tətbiq edilir.

Qeyd edək ki, müəllimlər ilk dəfə 2022-ci ildə sertifikatlaşmaya cəlb olunublar. Həmin ildən proses davam etməkdədir.

Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarına əsasən, sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərin vəzifə maaşlarına tədris edilən dərs saatına görə 35 faiz, keçid balını (30) toplamış digər təhsilverənlərə isə 10 faiz əlavələr tətbiq olunur.

Reklam