Çinin Çuntsin şəhərində dünyada yeni bina rekordu qeydə alınıb. Dünyanın ən hündür üfüqi göydələni olan "The Crystal" binası nəhayət istifadəyə verilib. Yeni binanın hündürlyü 250 metrdir. Tikili dörd qülləni birləşdirən və hündürlüyü 300 metrə çatan nəhəng konstruksiyadan ibarətdir.
Reyting.az Çin mətbuatına istinadla bildirir ki, yeni göydələn layihəsi "CapitaLand" şirkəti tərəfindən həyata keçirilib. Şirkətin təmsilçiləri bildiriblər ki, binanın dəyəri demək olar, 1,1 milyard dollar olub.
Mütəxəssislər vurğulayıblar ki, yeni göydələnin polad karkasının çəkisi təxminən 12 min ton ağırlığındadır. Bu göstərici ancaq Fransanın paytaxtı Paris şəhərindəki Eyfel qülləsinə məxsusdur.
"The Crystal" göydələnində barlar, restoranlar, hovuzlar, dam bağları, eləcə də şəhərə gözəl panoramik mənzərə təqdim edən şüşə döşəməli müşahidə meydançası yerləşir.
Oqtay Qorçu