Avstraliyanın “Luyten” şirkəti dünyanın ilk 3D çap funksiyalı qüllə kranını təqdim edib. “ASCEND” adlı yeni sistem yüksək dəqiqliklə işləyərək 100 metr hündürlüyündə konstruksiyaların çapını həyata keçirə bilir. Bundan əlavə, o, 45 metrlik radiusda fəaliyyət göstərmək imkanına malik müasir texnologiyadır.
Reyting.az xəbər verir ki, yeni texnologiya ənənəvi qüllə kranını robotlaşdırılmış beton çapı və süni intellektlə birləşdirir. Təxminən 1-2 gün ərzində quraşdırılan sistem xüsusi “Ultimatecrete” markalı beton qarışığından istifadə edir.
Süni intellekt çap marşrutlarını planlaşdırır, tikinti prosesinə nəzarət edir və işlərin gedişini real vaxt rejimində izləyir.
“Luyten” şirkətinin nümayəndələri bildiriblər ki, yeni texnologiya fəhlə çatışmazlığının aradan qaldırılmasına, tikinti tullantılarının minimuma endirilməsinə və tikinti prosesinin sürətləndirilməsinə mühüm töhfə verəcək.

Oqtay Qorçu