Çinin "Unitree" şirkəti daxili hissəsində bir insanın sərbəst şəkildə otura biləcəyi 500 kiloqramlıq yeriyən robot təqdim edib. Yeni "GD01" adlı bu robot iki ayağı və iki qolları ilə insan idarəsi altında, eyni zamanda tam avtonom rejimdə hərəkət edə bilir.
Reyting.az xəbər verir ki, lazım olduqda, robot dördayaqlı vəziyyətdə də hərəkət edir.
Mütəxəssislər bildiriblər ki, "GD01" robotu yüksək manevr qabiliyyətinə malikdir və işini dəqiq icra edir.

Şirkətin yaydığı videoda robotun beton blok divarı bir zərbə ilə necə dağıtdığı da göstərilib.
"Unitree" şirkəti bir adamın əyləşə bildiyi 500 kiloqramlıq "GD01" robotunun qiymətinin ilkin mərhələdə təxminən 650 min dollardan başlayacağını bildirib.
Oqtay Qorçu