Rusiyanın “Akademik V.P. Makeyev adına Dövlət Raket Mərkəzi” Səhmdar Cəmiyyəti ilə "Zvezdoçka" zavodu arasında 76 milyon rubl məbləğində iddia əsasında məhkəmə çəkişməsi başlayıb. İşə Çelyabinsk vilayətinin Arbitraj Məhkəməsi baxacaq.
Reyting.az-ın məlumatına görə, məhkəmə ilkin iddianı rədd etsə də, "Zvezdoçka" müəssisəsi bu qərarı ədalətsiz hesab etdiyindən apellyasiya şikayəti verib.
İşə növbəti baxış 16 iyun tarixində 18-ci Arbitraj Apellyasiya Məhkəməsində olacaq.
Qeyd olunduğu kimi, RS-28 "Sarmat" raket kompleksinin əsas istehsalçısı "Akademik V. P. Makeyev adına Dövlət Raket Mərkəzi"dir və bu hərbi təyinatlı mərkəz təkcə "Sarmat" raketin layihələndirilməsinə deyil, həmçinin texniki hesablamalarına da cavabdehdir.
Oqtay Qorçu