Advert
Advert

9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb

Tarix:
9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
Reklam

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

Reyting.az-ın məlumatına görə, DİN-nin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, əməliyyat zamanı 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıb. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
 

Reklam