1901-2025-ci illərdə 990 şəxsə, 28 təşkilata Nobel mükafatı verilib.
Reyting.az xəbər verir ki, rəsmi statistikaya görə, 362 mükafat bir nəfərə qismət olub, 149 mükafat iki, 122 mükafat üç laureat arasında bölünüb, beləliklə, 633 mükafatın 1026 laureatı var.
5 nəfər iki dəfə, 1 təşkilat üç dəfə, 1 təşkilat iki dəfə Nobel alıb.
Kimya, fizika və iqtisadiyyat üzrə mükafatları İsveç Elmlər Akademiyası, fiziologiya və tibb üzrə mükafatı İsveç Nobel Assambleyası, ədəbiyyat üzrə mükafatı İsveç Akademiyası, sülh üzrə mükafatı Norveç Nobel Komitəsi təqdim edir.(Novator.az)