Advert
Advert

“Abrams” və “Leopard” tankları Pxenyan muzeyində saxlanılır

Tarix:
“Abrams” və “Leopard” tankları Pxenyan muzeyində saxlanılır
Reklam

Rusiya-Ukrayna müharibəsində qənimət olaraq götürülən silah və texnikanın sərgisi açılıb. Qərbin Kiyev rejiminə tədarük etdiyi müasir hərbi texnikanı  Şimali Koreyanın paytaxtı Pxenyandakı ehtiram təpəsində nümayiş etdirirlər.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, Kursk vilayətinin azad edilməsində iştirak edən Koreya Xalq Ordusunun (KXO) əsgərlərinin şərəfinə tikilmiş Xarici Hərbi Əməliyyatlarda Hərbi İstifadələrin Memorial Muzeyində ABŞ istehsalı olan “Abrams” əsas döyüş tankı və Almaniyanın “Leopard” tankı görüntülənib. 

Muzeyin açılış mərasimində Şimali Koreya lideri Kim Çen In və müdafiə naziri No Qvanq-çol, həmçinin Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiyanın müdafiə naziri Andrey Belousov iştirak ediblər.

E. Kamal

Reklam