Pentaqonun büdcə sənədlərinə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Alyaskada qırıcı təyyarə klasterinin genişmiqyaslı tikintisinə təxminən 7 milyard dollar xərcləməyi planlaşdırır.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, sənədlərə görə, Elmendorf-Richardson Hərbi Hava Qüvvələri bazası Sakit Okean Komandanlığının bir hissəsidir və ABŞ hərbçiləri üçün regionda əsas mərkəz rolunu oynayır.
Müdafiə Nazirliyi bəyan edib ki, hərbi obyektin hazırkı infrastrukturu artan iş yükünün öhdəsindən gələ bilmir. 2035-ci ilin dekabr ayına kimi Alyaskada yeni texniki anqarlar, şərti sursat anbar kompleksi və əlavə hərbi yaşayış yerlərinin inşası planlaşdırılır.
E. Kamal