Advert
Advert

ABŞ beynəlxalq hüquqa təhdid yaradır

Tarix:
ABŞ beynəlxalq hüquqa təhdid yaradır
Reklam

Kuba ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmasa da, Vaşinqtonun hərəkətləri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə təhdid yaradır. 

Reyting.az xəbər verir ki, bunu Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Quzman TASS-ın müxbirinə ABŞ müdafiə naziri Pit Heqsetin Kubanın ABŞ üçün təhdid yaratdığına dair iddialarını şərh edərkən bildirib.

Quzman deyib ki, Kuba ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmır. Lakin beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa və BMT Nizamnaməsinə qeyri-adi və fövqəladə təhlükə yaradan ABŞ hökumətidir.

Kubanın daimi nümayəndəsinin sözlərinə görə, Vaşinqtonun bir sıra ölkələrə və dünya liderlərinə qarşı hərəkətləri və təhdidləri bunu nümayiş etdirir. 

Quzman daha sonra əlavə edib:

"Venesuela, İran, Qrenlandiya, Kanada, Müqəddəs Papa, Fələstin, Meksika, Kuba və saysız-hesabsız digər ölkələrə qarşı təcavüzkarlıq və təhdidlər bunu nümayiş etdirir".

E. Kamal
 

Reklam