ABŞ-da təlim uçuşu zamanı hərbi helikopter qəzaya uğrayıb.
Reyting.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun (USNI) hesabatına görə, MH-60 Jayhawk Sahil Mühafizəsinə məxsus helikopter Sitka Sahil Mühafizəsi Hava Stansiyasından təlim uçuşu zamanı qəzaya düşüb.
Sahil mühafizəsi rəsmilərinin açıqlamasında bildirilir ki, göyərtədəki dörd nəfərlik heyət sağ qalıb və yaxınlıqdakı xəstəxanaya aparılıblar.
V. Quliyev