Advert
Advert

ABŞ-da inflyasiya sürətlə artır

Tarix:
ABŞ-da inflyasiya sürətlə artır
Reklam

May ayının nəticələrinə görə, ABŞ-da istehlak qiymətlərinin illik artımı 4,2 faizə çatıb ki, bu da son iki il yarım ərzində rekord göstəricidir.

Reyting.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Federal Əmək Statistikası Bürosunun (BLS) məlumatlarına istinadla bildirib.

Aylıq müqayisədə qiymətlər 0,5 faiz artıb. İnflyasiyanı şərtləndirən əsas amil yanacaq qiymətlərinin kəskin artmasıdır: enerji mənbələri ümumi indeksin artımının yarısından çoxunu təşkil edib.

Analitiklər İrandakı müharibə tez bir zamanda başa çatsa belə, inflyasiyanın daha da sürətlənəcəyini proqnozlaşdırırlar. 

Onların hesablamalarına görə, Hörmüz boğazında gəmiçilik və Yaxın Şərqdən enerji ixracı dekabrın sonuna qədər bərpa olunmayacaq. Bu fonda ekspertlər ilin qalan hissəsi üçün Federal Ehtiyat Sisteminin faiz dərəcəsini artıracağını istisna etmirlər.

V. Quliyev
 

Reklam