ABŞ Cənubi Amerika sahillərindəki gəmilərə hava zərbələri endirib. Zərbələr nəticəsində 200-dən çox insanın öldüyü bildirilir.
Reyting.az xəbər verir ki, “New York Post” qəzetinin məlumatına görə, söhbət ABŞ-nin Cənubi Amerika sularında narkotik qaçaqmalçılığı ilə əlaqəli şəxslərə qarşı apardığı kampaniyadan gedir. Kampaniya ərzində ümumilikdə 60 zərbə nəticəsində 202 nəfər həlak olub.
Qeyd olunur ki, zərbələrin nəticəsi sirr pərdəsinə bürünüb: “Yalnız bir neçə cəsəd tapılıb və ABŞ Prezidenti Donald Tramp administrasiyasının gəmilərdə daşındığını iddia etdiyi qalıqlar və ya narkotiklər şəklində maddi sübutlar, demək olar, yoxdur”.
Bildirilir ki, zərbələr qeyri-qanuni hesab edilir.